Azərbaycan Ordusu günü-gündən güclənir, qüdrətlənir
30.06.2010 [10:17]
26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Şirvan şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatı və Şirvan şəhəri Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirilib. Tədbirdə çıxış edən hərbi hissənin tərbiyəvi işlər üzrə komandir müavini, mayor Ramin Əliyev Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə əsgər və zabit heyətini təbrik edib. Azərbaycan Ordusunun yaranma tarixindən bəhs edən komandir müavini 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra milli ordumuzun mütəşəkkil vəziyyət aldığını, müasirləşdiyini və gücləndiyini deyib. Mayor R.Əliyev bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqəti sayəsində bu gün Azərbaycanın dövlət büdcəsindən orduya ayrılan xərclər Ermənistanın dövlət büdcəsinə bərabərdir.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov bütün əsgərləri bayram münasibətilə təbrik edib. YAP Şirvan şəhər təşkilatının ənənəvi olaraq əsgərlərlə görüşdüyünü deyən Ə.İbrahimov Azərbaycan ordusunun son illərdə çox gücləndiyini xüsusi vurğulayıb: “Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti bu gün möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İstər maddi təchizatına, istər silahlarının müasirliyinə, istərsə də canlı qüvvə potensialına görə, bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Möhtərəm Prezidentimiz hər zaman vurğulayır ki, Azərbaycan ordusu, Vətən oğulları öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Bu fikrin arxasında illərlə əziyyət hesabına yaradılan Azərbaycan ordusunun potensialı dayanır. Bəli, bütün Azərbaycan vətəndaşları bir nəfər kimi inanır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Bir neçə gün öncə hörmətli Prezidentimiz Silahlı Qüvvələrin təlimlərini izlədi. Azərbaycan ordusunun nəyə qadir olduğu o təlimlərdə özünü göstərdi. Mən bir daha bütün şəxsi heyətin bayramını təbrik edir, onlara xidmətdə ayıq-sayıq olmağı arzulayıram”.
çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin şöbə müdiri Adəm Hüseynov da əsgərləri bayram münasibətilə təbrik edib. Hər bir Azərbaycan əsgərinin Vətənin uğrunda canından keçməyə hazır olduğunu vurğulayan A.Hüseynov deyib ki, milli ordumuz bugünkü səviyyəsinə çatmaq üçün çox böyük və keşməkeşli yol keçib: “90-cı illərin əvvəlində ermənilərin torpağımıza təcavüzü meydana çıxanda Azərbaycan ordusu adlı anlayış yox idi. Həmin vaxt qəhrəman oğullarımız torpaqlarımızın müdafiəsi uğrunda mübarizəyə qalxdılar. Təəssüf ki, bəzi qüvvələr bu insanlardan öz şəxsi mənafeləri üçün istifadə etməyə çalışdı. Həmin vaxt hakimiyyətdə olanların iddiaları, maraqlarını Vətən mübarizəsindən üstün tutmaları son nəticədə torpaqlarımızın ermənilər tərəfindən işğalına gətirib çıxardı. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı mərkəzləşdirilmiş ordu quruculuğunun əsasını qoydu. Bütün qeyri-qanuni silahlı dəstələr ləğv edildi və bütün silahlı qüvvələr bir komandanlıq altında birləşdirildi. Ardından isə ordunun gücləndirilməsi istiqamətində işlər aparıldı. Azərbaycan 90-cı illərin ortasında keçid dövrünü yaşasa da, ordunun gücləndirilməsinə dövlət tərəfindən xüsusi diqqət ayrıldı. Möhtərəm Prezidentimiz İlham Əliyevin də vurğuladığı kimi hələ müharibə qurtarmayıb, torpaqlarımız işğaldan azad edilməyib. Düzdür, Azərbaycan Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində aparılan sülh prosesinə sadiqdir və biz münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinə tərəfdarıq. Amma son anda digər yollar da istisna edilmir. Bu baxımdan, mən inanıram ki, Azərbaycan əsgəri öz torpaqlarının bir qarışını da düşmənə güzəştə getməyəcək, son damla qanına qədər vuruşacaq. Bu gün əsgərlərimizin üzündə sevinc görürəm. Bu mənə bir Azərbaycan vətəndaşı kimi qürur verir. Əsgərlərimiz bilir ki, onların arxasında güclü dövlət, praqmatik siyasət yürüdən Prezident dayanıb. Bu, bizim ordumuza əlavə güc verir”.
Şirvan şəhər gənclər və idman idarəsinin rəhbəri Azər Quliyev də çıxışında müasir Azərbaycan ordusunun düşmənə cavab vermək iqtidarında olduğunu qeyd edib: “Mən inanıram ki, gənclərimiz bir yumruq kimi Prezidentimizin ətrafında birləşib. Doğma Vətənin azadlığı üçün gənclər hər an Ali Baş Komandanımızın əmrinə hazırdır. Bir zamanlar, 1990-92-ci illərdə hakimiyyətə yiyələnmiş insanlar gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, orduda peşəkarlıq səviyyəsinin artırılması istiqamətində heç bir tədbir görmürdü. Bu gün isə ordumuzun peşəkarlıq səviyyəsi göz qabağındadır. Silahlı Qüvvələrin belə gücləndirilməsi isə dövlətin bu sahəyə ayırdığı diqqətdən irəli gəlir. Mən inanıram ki, bu gün hər bir azərbaycanlı gənc əyninə hərbi forma geyinməkdən şərəf hissi keçirir”.
Daha sonra hərbi hissənin təlimlərində və hazırlığında fərqlənən zabitlər Fəxri Fərmanlarla təltif olunublar. Şirvan şəhər mədəniyyət evinin yaradıcı kollektivi əsgərlər qarşısında geniş konsert proqramı ilə çıxış edib. Vətənpərvərlik ruhunda oxunan mahnılar əsgərlərimiz tərəfindən alqışla qarşılanıb. Daha sonra isə Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının əsgərlər üçün hazırladığı hədiyyələr təqdim olunub.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxElm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20

