Türk Dövlətlərinin birliyi getdikcə möhkəmlənir
16.11.2022 [12:40]
Azərbaycan xarici əlaqələrini sürətlə inkişaf etdirir. Həmçinin ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyəti hər zaman yüksək effektivliyi ilə diqqəti cəlb edir. Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsini xüsusi diqqət mərkəzində saxlayır. Ölkə Prezidenti cənab İlham Əliyevin 11 noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirakı bu əlaqələrin daha da genişləndirilməsi, mövcud ümumi problemlərin həlli yollarının araşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Məlumdur ki, son yeddi ay ərzində dövlət başçımız Özbəkistana artıq üçüncü dəfə səfər edib. Bu intensivlik ölkələrimiz arasında ikitərəfli əlaqələrin də yüksək səviyyədə olduğunu və sürətlə inkişaf etdiyini göstərir. Bununla belə Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Səmərqənd Zirvə Görüşündə etdiyi çıxışında cənab Prezident İlham Əliyev qeyd etdi ki, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Dövlət başçımız mövcud imkan və potensialların bütün dünyada yaşayan soydaşlarımızın hüquq və mənafelərinin müdafiəsi məqsədilə səfərbər olunmasının zəruri olduğunu qeyd etmişdir.
Həmçinin Prezident cənab İlham Əliyev ölkəmizin iki il bundan öncə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar və Azərbaycan-Ermənistan sərhədlərində gedən proseslər barədə ətraflı açıqlamalar təqdim etmişdir. Qeyd olunmuşdur ki, 2020-ci ilin noyabr ayında Azərbaycan torpaqlarının 30 illik işğalına son qoydu, tarixi ədaləti və beynəlxalq hüququ öz gücünə bərpa etdi. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi. Bununla belə işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. Ermənilərin bu vəhşiliklərinin yeganə səbəbi isə budur ki, islamofobiya və türkofobiya rəsmi İrəvanın dövlət ideologiyasının bünövrəsini təşkil edir.
Dövlət başçımız bu məqamı diqqət mərkəzinə çəkmişdir ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistanın ölkəmizə qarşı hərbi cinayətlərini, Azərbaycan-Ermənistan sərhəddində hərbi təxribatlarını davam etdirir. Belə ki, işğal zamanı bizim ərazilərimizdə bir milyondan çox mina basdırıb və ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Sentyabr ayında isə Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur olub. Bütün bu təxribatlarına rəğmən Ermənistan bu gün də beynəlxalq ictimai rəyi çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Əlbəttə ki, bu iddialar əsassızdır. Azərbaycan ordusu öz torpaqlarında vuruşub və Ermənistan ordusunu məğlub edib. Eyni zamanda diplomatik danışıqlar masasında ardıcıl əldə etdiyi uğurlarla Azərbaycan cari ilin oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin rəsmən tanınmasına nail olub.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16

