/ / İranın ölkəmizə qarşı təxribatçılıq siyasəti mehriban qonşuluq və islam həmrəyliyi prinsiplərinə tamamilə ziddir
İranın ölkəmizə qarşı təxribatçılıq siyasəti mehriban qonşuluq və islam həmrəyliyi prinsiplərinə tamamilə ziddir
17.11.2022 [11:45]
Təəssüflər olsun ki, bu gün Azərbaycana qarşı sadəcə bəzi ermənipərəst qərb dövlətləri tərəfindən deyil, həmçinin yaxın qonşumuz və hətta müsəlman ölkəsi və islam dövləti olan İran tərəfindən təzyiqlər olunmasına cəhd göstərilir. Əlbəttə ki, bu cəhdlərin əbəs olduğu və Azərbaycanla təhdid və təzyiqlər dilində danışmağın heç kimə, heç bir faydası olmayacağı artıq çoxdan hər kəsə məlum olmalıdır. Bununla belə özünü az qala İslam dünyasının bayraqdarı elan etməyə iddialı olan bir ölkə olaraq İranın müsəlman məscidlərini dağıdan və təhqir edən Ermənistanla yaxın dostluq və əməkdaşlıq əlaqələri saxlaması da göz yumulacaq bir hal deyil.
Təbii ki, İranın bu davranışı ilk növbədə qonşuluğunda müstəqil və güclü Azərbaycan dövlətini görmək istəmədiyindən irəli gəlir. Bu səbəbdən İran 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını sözdə desə də, əməllərində bu bütövlüyün bərpa olunmaması üçün əlindən gələni edib. Bütün bu illər ərzində İran işğalçı Ermənistan rejiminə hər cür dəstək verib, bu ölkə ilə iqtisadi əlaqələrini genişləndirib, birgə iqtisadi layihələr hazırlayıb. İranla Ermənistan arasında uzunluğu 140 kilometr olan qaz kəməri çəkilib. Ermənistan Azərbaycanın işğal edilmiş Qarabağ ərazilərinə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəklədiyi yük maşınları ilə yanacaq və silah daşıyıb. 30 il Azərbaycanın İranla sərhəddə yerləşən və işğal altında olan ərazilərinə faktiki olaraq SEPAH nəzarət edib. Qərb mətbuatının məlumatlarına görə, Tehran uzun müddət bu marşrutdan Əfqanıstandan son təyinat məntəqəsinə - Avropaya qanunsuz narkotik trafiki üçün istifadə edib. Dünya mediasında dərc olunan çox sayda materiallarda İrana məxsus dövlət nömrə nişanlı yük maşınları sürən qaçaqmalçıların açıq şəkildə narkotik maddələri Araz çayı üzərindən Qarabağa və oradan da Avropaya daşıdıqlarına dair kifayət qədər faktlar öz əksini tapıb. İran Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızda 30 il ərzində həyata keçirilən talançılığın birbaşa iştirakçısı olub. Belə ki, həmin dövrdə təbii sərvətlərimizin, talan olunan əmlakın birbaşa İrana daşınması danılmaz faktdır.
Bu gün də, Qarabağ münaqişəsinin bitməsindən sonra keçən iki il ərzində İran Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını əngəlləmək üçün əlindən gələni edir. Xüsusilə Zəngəzur dəhlizinin açılması məsələsi İranın ən çox mane olmağa çalışdığı məqamdır. Halbuki, Azərbaycan öz növbəsində İranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb və bu ölkə ilə sıx əməkdaşlıq edib. Bu da təbiidir. Çünki əhalisinin böyük hissəsinin, 30 milyon nəfərin azərbaycanlılardan ibarət olduğu İranla münasibətlərdə müstəqil Azərbaycan hər zaman mədəni və mənəvi dəyərlər bağlantısından çıxış edib. Lakin İran hətta erməni faktorundan kənar da ölkəmizə qarşı təxribat xarakterli əməllər törətməkdən əl çəkmir. O cümlədən, müsəlman məbədlərində donuz saxlayan bir ölkənin ərazisində konsulluğunu açan İran hələ bir Azərbaycanda guya ki, dini azadlıqların və İslam dəyərlərinin boğulduğunu iddia etməyə də qalxır. Əslində İran rejiminin din amilindən yalnız bir pərdə kimi istifadə etdiyi də heç kim üçün sirr deyil. Bu ölkənin indiyədək dünyada İslam həmrəyliyinə zərrə qədər belə olsun fayda vermədiyi də, guya ki, himayə etdiyi müsəlman ölkələri əslində yalnız xaosa və səfilliyə sürüklədiyi də, öz daxilində isə yüzlərlə həqiqi şiə alimlərini zindanlarda çürütdüyü də hər kəsə məlumdur.
Bu gün İran artıq ölkəmizə qarşı açıq-aşkar təhdid hərəkətlərinə yol verir. Azərbaycanla sərhəd ərazilərinə qoşun yığır, hərbi təlim keçmək adı ilə güc göstərməyə çalışır, həm də əslində mövcud olmayan gücü. Bütün bunlar mehriban qonşuluq və islam həmrəyliyi prinsiplərinə mahiyyət etibarı ilə zidd olan səmərəsiz cəhdlərdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın Silahlı Qüvvələri bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı qətiyyətlə cavab verməyə qadirdir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49

