İranın Azərbaycan düşmənçiliyi
23.11.2022 [12:32]
Azərbaycan balanslaşdırılmış siyasət yeridərək, bütün dünya ölkələri ilə normal münasibətlər saxlamağa çalışsa da, bəzi qonşu ölkələr dövlətimizə düşmən münasibətlərindən əl çəkmir. İran dövlətinin müxtəlif yollarla Azərbaycana qarşı illərdən bəri apardığı düşmənçilik siyasəti hər kəsə məlumdur. İran hər zaman Qarabağ məsələsində Ermənistanı dəstəkləyərək bütün vasitələrlə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə mane olub. Vətən müharibəsi ərəfəsində Ermənistana müxtəlif formada dəstək göstərən İran digər ölkələrdən də müxtəlif köməklik göstərilməsinə şərait yaradıb. Hətta Azərbaycanın hərbi əməliyyatlarına mane olmaq məqsədilə sərhəddə müxtəlif təxribatlar da törədib. Azərbaycanın 44 gün davam edən, 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşan Tarixi Zəfərdən sonra İran Azərbaycana qarşı apardığı bu düşmənçilik mövqeyi daha da güclənmişdir.
Son günlər baş verən proseslər Azərbaycan cəmiyyətində İran haqqında mənfi rəyin formalaşmasını bir daha sübut edib. Bu gün hər birimiz İranı etibarsız qonşu olmaqla bərabər, eyni zamanda İslam dəyərlərinə xəyanət edən bir dövlət olaraq qəbul edirik. İran tutduğu mövqe ilə açıq şəkildə Azərbaycana qarşı qərəzli davranaraq təxribatlarını davam etdirir. Ona görə ki, İran məscidlərdə donuz saxlayanları dəstəkləyir. Bütün bunlara səbəb də odur ki, İran etibarsız qonşu olaraq 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, lakin reallıqda təcavüzkar Ermənistana dəstək verməklə, sülhün əldə edilməsini əngəlləyir.
Azərbaycanın tarixi Zəfəri ilə başa çatan Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaranıb. Məğlub Ermənistan həmin reallıqları nə qədər tez qəbul etsə, özü üçün bir o qədər yaxşı olar. Çünki yersiz inadkarlıq, revanşizm Ermənistanı daha da çıxılmaz duruma salır. Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörənlik və müdrikliklə həyata keçirdiyi siyasət artıq təkcə regional deyil, beynəlxalq səviyyədə də öz bəhrəsini verir. Azərbaycanın yaratdığı yeni reallıqlar dünyanın aparıcı siyasi dairələri tərəfindən qəbul olunur.İran dövləti yaranmış reallıqları qəbul etməyərək, əksinə kölgə yaratmağa çalışır.İran dövləti Azərbaycanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycan ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizinin icrasının qarşısını almağa çalışır. Ermənistan isə İranın bu mövqeyindən istifadə edərək sülh prosesini yubadır. İran regionda regionda sabitliyin, sülhün, rifahın olmasında maraqlı deyil.
Bu gün Azərbaycan imzası qədər verdiyi sözündə və beynəlxalq aləmdə imzasının olması isə möhtəbərliyini sübut edir. İran öz potensialını və ikitərəfli münasibətlərin mahiyyətini adekvat dəyərləndirməlidir. Cənubi Qafqazın lider ölkəsi, Avropanın enerji təhlükəsizliyində başlıca rollardan birini oynayan,hər zaman humanitar xarakterli qlobal təşəbbüslərlə çıxış edən Azərbaycan ilə hədə və təhdid dilində danışmaq kimsəyə fayda verməz. Azərbaycan bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir. 30 il davam edən işğala, müsəlmanların öz torpaqlarından qovulmasına, məscidlərin, islam ibadətgahlarının təhqir olunmasına göz yuman İranın Qafanda konsulluq açması və Ermənistanın Təbrizdə konsulluq açmasının gündəmə gətirilməsinə şərait yaratması vicdanlı və dürüst davranış hesab edilə bilməz. İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra və səmərəsiz əzələ nümayişidir. Lakin unutmamalıdır ki, Azərbaycan bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Reydərov
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43

