Tarixi qələbəmizin memarı
24.12.2022 [11:51]
Bu gün ölkə başçısı, müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin doğum günüdür.
Ölkəmizə rəhbərlik etdiyi illər ərzində Prezident cənab İlham Əliyev Azərbaycanı dünyanın etibarlı tərəfdaşı, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir dövlət kimi tanıtdı, ölkəmizin beynəlxalq əlaqələrini gücləndirdi. Elə bunun məntiqi nəticəsi olaraq, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərməyi bacardı. Müzəffər Ali Baş Komandan prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq Azərbaycan tarixi qələbə qazandı
Müasir dövrümüzdə ölkəmizdə bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə düşünülmüş siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır.
Ulu Öndərin 1 oktyabr 2003-cü ildə xalqa müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməsi və İlham Əliyevə inamla etimad göstərməsi əbəs deyilmiş. Tarix də sübut etdi ki, Heydər Əliyev həqiqətən dahi, müdrik, xalqını sevən, onun gələcək taleyinə biganə qala bilməyən əsl Lider imiş.
Ulu öndər Heydər Əliyevin banisi olduğu milli dövlətçilik ənənələrinə sadiq qalaraq Azərbaycanı böyük iqtisadi uğurlara qovuşduran cənab İlham Əliyevin növbəti seçkilərdəki qələbələri bir daha göstərdi ki, xalq seçimində yanılmayıb.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarında daim "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm.”- deyib və bu gün hər bir vətəndaşımız bu sözləri ölkəmizin bütün ərazilərində hiss edir.
İşğaldan azad edilmiş torpaqlarımızda bu gün aparılan abadlıq-quruculuq işləri, öz doğma torpaqlarına köçürülən sakinlərimiz, o cümlədən region və dünya dövlətləri bu gün cənab İlham Əliyevin “Bizim sözümüz imzamız qədər keçərlidir.” fikrini əbəs yerə deymədiyini bilir.
Davamlı olaraq uğur və nailiyyətlərə yol açan vacib faktorlardan birinin də siyasi varislik ənənələridir. Bu, əslində hər bir ölkə üçün aktualdır. Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının iqtidar partiyası olaraq ötən müddətdə qazandığı böyük uğurların təməlində də siyasi varislik prinsipləri var.
2003-cü ildən bu yana Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görüb. Nəhəng infrastruktur layihələri həyata keçirilib. Azərbaycanda Şimal-Cənub, Şərq-Qərb nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin edib.
Bu gün Azərbaycan loqistik mərkəzə çevrilib. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş iri dövlətlərinin ortaq olduğu nəqliyyat dəhlizləri bu gün Azərbaycandan keçir. Çindən Londona uzanan “İpək yolu”nun Azərbaycandan keçməsi ölkəmizin önəmini artırıb.
Azərbaycan türk dünyasının, türk dövlətlərinin bir araya gəlməsinin ən vacib faktorudur.
Prezident kimi Azərbaycana rəhbərlik etdiyi bu illərdə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, vətəndaşların sosial problemləri həll edilib, insanların rifah halı daha da yaxşılaşıb.
Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri sırasında demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər ğn yerlərdə durur. Demokratik inkişaf yolunda həyata keçirilən tədbirlərin nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistemin bərqərar olmasını tərəddüdsüz qeyd etmək olar. Hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, çoxpartiyalı sistemin inkişafı demokratik cəmiyyətin inkişafından xəbər verir.
Bir sözlə, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti olmaqla, dünya arenasında nüfuzlu söz sahibinə çevrilmişdir.
Prezident İlham Əliyev, bizim tarixi qələbəmizin memarıdır.
Əlbəttə, gələcəyə baxdıqda, biz tam əminik ki, Azərbaycan daha da güclənəcək. Biz inanırıq ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər zaman inkişaf edəcək və güclü bir dövlət kimi bütün dünyaya səs salacaqdır.
Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan!
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16

