Vüsar İsmayılov: “İdmanın inkişafı dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub”
11.01.2023 [15:33]
“9 yanvar tarixində Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirakı və çıxışı ölkəmizdə idmanın inkişafının dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu göstərir və bu sahəyə göstərilən diqqətin, qayğının bariz nümunəsidir. Dövlət başçısının da çıxışında qeyd etdiyi kimi, keçən il Azərbaycan idmanı üçün uğurlu, nailiyyətlərlə bol il olub. Ötən ildə idman sahəsində böyük müvəffəqiyyətlərə imza atılıb. Azərbaycan dünyada haqlı olaraq idman ölkəsi kimi tanınır və qəbul edilir. Bunun əsaslandırılmış səbəbləri var. Belə ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrin inkişafına yönəlmiş davamlı və məqsədyönlü islahatlar paketinin hazırlanıb, icra olunması idmanımızın tərəqqisində də özünü aydın şəkildə göstərir”.
Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə ölkəmizdə idmanın inkişafı məhz ümummilli lider, müstəqil və müasir Azərbaycanın banisi Heydər Əliyevin adı ilə bağlıdır. Əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Dahi şəxsiyyət idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları, bir sözlə, yerli və beynəlxalq yarışlarda uğurla və layiqli təmsil olunmaları üçün əlindən gələni əsirgəməyib. Dövlətin idman siyasətinin həyata keçirilməsi məqsədilə 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılmasını idman sahəsinin dönüş ili adlandırmaq olar. Sözsüz ki, ulu öndərin ölkəmizə rəhbərliyi dövründə imzaladığı müvafiq Fərman və Sərəncamların icrası, eləcə də islahatların həyata keçirilməsi bu gün uğurlarımızın əsas qayəsini, əsas bünövrəsini təşkil edir. Bu illər ərzində gənclərimizin hərtərəfli inkişafı, idmana, sağlam həyat tərzinə həvəsinin daha da artırılması, onların asudə vaxtlarının daha səmərəli və faydalı keçirilməsi üçün idmana yönləndirilməsi istiqamətində davamlı idman islahatları, müxtəlif maarifləndirici tədbirlər keçirilib.
Rayon təşkilatının sədrinin fikrincə, bu gün də Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Bu sahə hər zaman dövlətin diqqət və qayğısı ilə əhatələnib. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edir, bayrağımızı qaldırır, himnimizi səsləndirirlər: “Eyni zamanda ölkəmiz bir çox beynəlxalq idman yarışlarına uğurlu ev sahibliyi edir. Bu tədbirlər ölkəmizin və idman ictimaiyyətimizin tanınmasına xidmət etməklə yanaşı, Azərbaycana göstərilən etimadın nəticəsidir. Bütün idman sahələrinin inkişafı və həmin idman növlərində idmançıların yetişib, idman turnirlərində ölkəmizi təmsil etmələri üçün hər cür dövlət dəstəyi göstərilir. Qürurla vurğulamaq lazımdır ki, ulu öndərin milli maraqlara əsaslanan çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu qayğı və şəxsən dövlət başçısı cənab İlham Əliyevin diqqəti idmançıları yeni qələbələrə səsləyir. İnanırıq və əminliyimizi ifadə edirik ki, ölkəmizin bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurları davamlı olacaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

