/ / “Siyasi Partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu mütərəqqi ideyaları özündə əks etdirir
“Siyasi Partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu mütərəqqi ideyaları özündə əks etdirir
17.01.2023 [12:12]
“Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən davamlı və sistemli islahatlar nəticəsində bütün sahələrdə yüksək inkişaf göstəriciləri müşahidə olunur. Dövlətimiz və cəmiyyətimiz inkişaf etdikcə yeni reallıqlar meydana gəlir və dövlətin, cəmiyyətin idarəedilməsində əsas sütun olan qanunvericilik bazasının da yenilənməsinə və təkmilləşdirilməsinə ehtiyac yaranır. Sözsüz ki, ətalət inkişafa deyil, tənəzzülə aparır. Əgər tərəqqinin və irəliləyişin, yeni imkanların və sağlam rəqabətin yaranmasını istəyiriksə, yeniliklərə də hər zaman açıq olmalı və islahatları dəstəkləməliyik”.
Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə mövcud qanunvericilik bazası inkişaf göstəriciləri ilə səsləşməli və uyğunlaşmalıdır. Hazırkı qanun 30 il öncə qəbul edilib və indiki mövcud siyasi reallıqlarla və siyasi vəziyyətlə ayaqlaşmır. Əgər inkişaf tendensiyası qanunlarımızda da öz əksini taparsa, bu cəmiyyətimizin daha da inkişafına şərait yaradacaq. Ölkəmizin ictimai-siyasi həyatında mühüm islahatlar həyata keçirilir, mühüm hadisələr baş verir. Təbii ki, siyasi partiyaların da siyasi meydanda fəaliyyəti və qarşılıqlı əməkdaşlığı yeni qanunla tənzimlənərsə, bu yeni sağlam rəqabət münasibətinin formalaşmasına gətirib çıxaracaq: “Yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malik olacaq. Bu qanunla dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Yeni qanunda siyasi partiyanın necə təsis edilməsi, reyestrdə onlarla bağlı hansı məlumatların olması, partiya fəaliyyəti üçün tələblər, habelə siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmləri, partiya üzvlüyünə məhdudiyyətlər, partiyaların rəmzlərinin müəyyənləşməsi, onların maliyyələşməsinin təşkili, qeydə alınmayan və ya qeydiyyatı ləğv edilən siyasi partiyanın fəaliyyətinin nədən ibarət ola biləcəyinə və sair məsələlərə dair mühüm məqamlar yer alıb”.
Rayon təşkilatının sədrinin fikrincə, xüsusi ilə qeyd etmək lazımdır ki, yeni qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb. Önəmlisi odur ki, qanun layihəsinin hazırlanmasında ictimai müzakirələr davamlı olaraq keçirilib ki, bu da yeni qanunda mütərrəqi ideyların və demokratik dəyələrin öz əksini tapmasına şərait yaradıb. Ölkəmizdə siyasi partiyaların fəaliyyəti üçün bərabər şərait yaradılıb. İnanırıq ki, yeni qanun siyasi partiyaların fəaliyyəti üçün əlavə stimul olacaq və onlar arasında sağlam rəqabət mühiti yaranacaq.
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

