20 Yanvar faciəsi: xalqımızın azadlıq mübarizəsinin şanlı və qanlı səhifəsi
19.01.2023 [15:10]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycan xalqının azadlıq mübarizəsi tarixinin şanlı səhifələrindən olan 20 Yanvar hadisələrindən 33 il ötür. Bu hadisə eyni zamanda şərəf və qürur tariximizdir. Çünki bu, xalqımızın azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir. O dövrdə süqut ərəfəsində olan SSRİ-nin rəhbəri Mixail Qorbaçovun göstərişi ilə sovet hərbi birləşmələri Bakıda və daha sonra digər bir sıra bölgələrdə mülki əhaliyə qarşı qanlı qırğın törətdi. Nəticədə, Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, azadlıq və müstəqillik idealı ilə yaşayan, öz hüquqlarını tələb edən Azərbaycan xalqına qarşı qətliam idi. Bu səbəbdən də, 20 Yanvar hadisəsi Azərbaycan xalqının məruz qaldığı ən qanlı faciələrdən biri kimi tarixə yazıldı.
Azərbaycan xalqının belə bir təhlükə ilə üz-üzə qalmasına baxmayaraq, o vaxt respublikamıza rəhbərlik edənlər bu məsələyə biganə qaldılar, hər vəchlə hadisənin mahiyyətini gizlətməyə çalışdılar. Törədilmiş cinayət və onun nəticələri aşkar olduğu halda, respublika rəhbərliyi olayların mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərirdi. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də 20 Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını bir daha təsdiq etdi. O zamankı respublika rəhbərliyi, hətta şəhidlərin - 20 Yanvar qurbanlarının dəfn mərasimində belə iştirak etmədilər. Bu hadisələrin fonunda xalqın mübarizəsini siyasi məqsədləri üçün sui-istifadə edən Azərbaycan Xalq Cəbhəsinə rəhbərlik edənlərin də gerçək xislətini ortaya çıxardı. Daha doğrusu, dəfələrlə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi tələbi ilə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra nədənsə bu mövzunu “unutmağa” başladı. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi-hüquqi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər, heç bir təklif və təşəbbüs, iradə ortaya qoymadılar. Beləliklə, faciədən uzun müddət keçsə də, SSRİ tərəfindən xalqa qarşı törədilmiş ağır cinayətə siyasi-hüquqi qiymət verilməmişdi.
Yalnız ulu öndər Heydər Əliyev tarixi və mənəvi-siyasi məsuliyyəti öz üzərinə götürməklə taleyüklü məqamda liderlik və xalqın yanında olmaq nümunəsi ortaya qoydu. Hadisənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını, SSRİ hakimiyyətini dünya ictimaiyyəti qarşısında şiddətli şəkildə qınadı və günahkarların cəzalandırılmasını tələb edən bəyanat verdi. Daha sonra Ümummilli Liderimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Bununla bağlı Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndər 1993-cü ilin iyununda hakimiyyətə qayıtdıqdan sonra isə ölkə rəhbəri kimi mühüm addımlar atdı. Belə ki, Ümummilli Lider Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. 1994-cü il mart ayının 29-da ölkə parlamenti tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş oldu.
Ulu Öndərimizin xalqımızın azadlığı, müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə ehtiramı, bu istiqamətdə həyata keçirilən diqqət və qayğı siyasəti bu gün də yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan xalqına qarşı törədilən müxtəlif xarakterli cinayətlərdən, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə qayğı göstərilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsi istisna deyil. Azərbaycanda 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla, bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Eyni zamanda, 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslər də hər zaman dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Cənab Prezidentin bugünlərdə imzaladığı fərman və sərəncamlar ilə bu kateqoriyadan olan insanların sosial müdafiəsi daha da gücləndirilib. Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinin problemlərinə daim böyük qayğı ilə yanaşır.
Ümumiyyətlə, Azərbaycan xalqı bütün şəhidlərimizin əziz xatirəsini daim uca tutur. Bu mənada, 20 Yanvar faciəsi unudulmur, xalqımız isə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladları ilə qürur duyur!
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16

