Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yüksələn xətlə inkişaf edir
07.02.2023 [11:29]
Azərbaycan Avropa İttifaqı ilə yanaşı, quruma üzv dövlətlərlə də əlaqələrinin yeni prioritetlər üzrə inkişafında maraqlıdır. Bu da Azərbaycanın xarici siyasətinin açıq və çoxşaxəli olmasından irəli gəlir. Qarşılıqlı səfərlər, səfər çərçivəsində günümüzün aktual məsələləri ətrafında aparılan müzakirələr, imzalanan sənədlər bu əməkdaşlığın daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Cari ilin ilk ayının arxada qalmasına baxmayaraq bu qısa müddətdə ölkəmizin ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə xidmət edən səfərlərin, həmçinin beynəlxalq əhəmiyyətli təbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Yanvarın 29-da dövlət başçısı İlham Əliyevin Macarıstana rəsmi səfərinin ardınca fevralın 2-də Avropa İttifaqının digər üzv dövləti- Rumıniyanın Prezidenti Klaus Yohannisin ölkəmizə rəsmi səfəri oldu. Fevralın 3-də isə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı oldu. Qısa xronologiya Azərbaycan-Avropa İttifaqı əlaqələrinin aydın mənzərəsini yaradır. Azərbaycan və Rumıniya Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri, səfərin mahiyyətini, əlaqələrin dünəninə baxış əsasında qarşıdakı dövrdə atılacaq addımları özündə ehtiva edən mətbuata bəyanatları bir daha onu deməyə əsas verdi ki, tərəflər əməkdaşlığın yeni prioritetlər üzrə inkişafında maraqlıdır və bunun üçün böyük potensiala malikdirlər.
Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu mühüm məqamı xüsusi qeyd etdi ki, energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. “İndi isə bizim əməkdaşlığımız yeni mərhələyə çıxır” söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, ötən il Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcək. Dövlət başçısı İlham Əliyev istər Rumıniya Prezidenti ilə mətbuata bəyanatlarında, istərsə də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışındakı çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfələrindən geniş bəhs edərək bildirdi ki, dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir: “Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik. Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq.”
Dövlət başçısı İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaq. Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik. Gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşümüzdə biz yeni nailiyyətlərimiz barədə danışacağıq.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32

