Azərbaycan dövləti və xalqı sonadək qardaş Türkiyənin yanında olacaq
13.02.2023 [12:25]
“Məlum olduğu kimi, fevralın 6-da Türkiyədə dərinliyi 7 kilometr və enerji tutumu 500 atom bombası gücündə olan zəlzələ baş verdi və nəticədə 10 vilayətdə ciddi dağıntılar oldu. Ekspertlərin hesablamalarına görə bu zəlzələ 1999-cu ildə baş vermiş zəlzələdən 3 dəfə güclü olub. Hazırki vəziyyətə görə zəlzələ nəticəsində 8 minə qədər bina dağılıb, 13 minədək bina ciddi zədələnib, 30 mindən çox insan həlak olub, 150 mindən çox insan isə digər vilayətlərə təxliyə olunub. Qardaş ölkənin tarixindəki görünməmiş təbii fəlakətin ağır nəticələri üz-üzə qaldığı bir zamanda ona ilk yardım əlini uzadan Azərbaycan oldu”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında oldu: “Azərbaycan öz dəstəyini, həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirdi. İlk gündən Prezident İlham Əliyevin tapşığına uyğun olaraq Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması və fəlakət zonasında axtarış işlərində iştirak etmək üçün FHN-in şəxsi heyəti yola düşdü. İki gün ərzində 10-dək təyyarə FHN-in 725 nəfərlik şəxsi heyətini və tibbi personalı, xilasetmə avadanlıqlarını, mobil səhra hospitalına aid konteynerləri, səhra mətbəxini, generatorları, nasos stansiyalarını, avtomobilləri, tibbi avadanlıqları, dərman preparatlarını, təxirəsalınmaz yardım vasitələrini, çadırları, yataq dəstlərini, humanitar və ərzaq yardımlarını qardaş ölkəyə çatdırıb. Həmçinin, Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun hərbi tibb personalı Türkiyəyə ezam olunub. Bununla yanaşı, zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən müxtəlif dərman preparatlarının, oksigen maskalarının, filtrli sistemlərin, sarğı materiallarının, onurğa taxtalarının, ilkin yardım boyunluqlarının, xərəklərin, isti geyimlərin, çadırların daxil olduğu 36 ton humanitar yardım göndərilib. Eləcə də, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib, Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Bütün deyilənlərlə yanaşı Azərbaycanın özəl şirkətləri həm maddi, həm də texniki yardım göstərib, sadə insanlar, tələbələr zəlzələdən zərərçəkənlərə humanitar yardım məqsədilə yardım kampaniyası təşkil ediblər, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər yardım toplama məntəqələrinə gəlib, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verib, eyni zamanda, qardaş ölkəyə maddi vəsait və ianələr şəklində də dəstək göstəriblər. Bir sözlə, Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin hər zaman yanında olduğunu bir daha nümayiş etdirdi. Bütün dünyaya bir daha sübut olundu ki, təkcə dövlətlərarası, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur”.
Xəbər lenti
Hamısına baxSosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08

