Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır
14.02.2023 [11:34]
Türkiyədə baş vermiş dəhşətli zəlzələ və çoxlu sayda insan təlafatı ölkəmizdə böyük kədər hissi ilə qarşılandı. Azərbaycan Prezidenti cənab İlham Əliyev qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana təbii fəlakət nəticəsində insan təlafatı ilə əlaqədar başsağlığı məktubu göndərdi, eyni zamanda, telefon zəngi edərək Azərbaycanın bu çətin günlərdə türk xalqının yanında olduğunu bildirdi. Prezident cənab İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin xilasedici dəstələri dərhal təbii fəlakət zonasına ezam edilərək, axtarış-xilasetmə işlərinə başladılar. Həmçinin qardaş ölkəyə lazımi təminat vasitələri də göndərildi.
Fevralın 8-də Prezident cənab İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə gələrək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı vermiş və Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün son günə qədər lazım olan dəstəyin veriləcəyini bildirmişdir. Bütün bunlar bir daha onu sübut edir ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Dövlətlərimiz isə dost-qardaş dövlətlərdir və bu münasibətlər sarsılmazdır.
Ölkə başçısının tapşırığına əsasən dövlətimiz qardaş ölkəyə davamlı olaraq yardım göstərir və bu təbii fəlakətin fəsadları aradan qaldırınılnca davam edəcəkdir. Qardaş ölkəyə humanitar yardımların göndərilməsində Heydər Əliyev Fondunun, xüsusilə də Fondun Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı paylaşımında da Birinci vitse-prezident Mehriban xanım Əliyeva qeyd etmişdi ki, güclü zəlzələnin nəticələri barədə xəbərlər Azərbaycan xalqı tərəfindən böyük kədərlə qarşılanıb. Məhz Mehriban xanım Əliyevanın tapşırığına əsasən Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar qardaş ölkə üçün yardım kampaniyasına qoşulmuşlar. Həmçinin Heydər Əliyev Fondu sadə insanların könüllü olaraq topladıqları yardımların da sistemli qaydada həyata keçirlməsi üçün müvafiq işlər görmüş, xüsusi toplanış məntəqələri yaradılmışdır. Azərbaycan xalqı könüllü olaraq qardaş ölkəyə, öz doğma qardaşlarına dəstək olmaq üçün əlindən gələni edir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Yardım aksiyalarına ictimai təşkilatlar, dövlət qurumları, özəl şirkətlər də qoşularaq həm maddi, həm də texniki yardım göstərlər.
Həmçinin ölkəmizdə qardaş ölkədən olan yaralıların müalicə olunması üçün xəstəxanalarda da müvafiq şərait yaradılmış, eyni zamanda Prezident cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalı 8 fevral tarixdən etibarən Türkiyəyə ezam olunaraq baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə Kahramanmaraşda fəaliyyətə başlamışdır. Bütün bunlar dünyaya bir daha nümayiş etdirir ki, Azərbaycan və Türkiyə təkcə dövlətlərarası, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrinə malikdirlər.
Qardaş Türkiyə dövləti və tükr xalqı dəhşətli zəlzələ ilə əlaqədar çətin günlərdən keçir. Lakin Türkiyə dövləti güclü dövlət, türk xalqı isə böyük xalqdır. Odur ki, bu çətin günlər də geridə qalacaq və qardaş Türkiyə bu çətin sınaqdan qısa zamanda çıxacaqdır. Azərbaycan dövləti və xalqımız isə hər zaman olduğu kimi bu çətin günlərdə də qardaş Türkiyənin yanındadır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45

