Azərbaycan - Almaniya münasibətləri inkişafdadır
17.03.2023 [19:21]
Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla bərabər həm də, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya hələ 2004-cü ildə gerçəkləşmiş ilk rəsmi səfərinin yekunları iki ölkənin əməkdaşlığı üçün daha böyük potensialın olduğunu bir daha təsdiqləmişdir. Səfər çərçivəsində imzalanmış bir sıra sazişlər iqtisadi əməkdaşlıq baxımından geniş imkanlar açmışdır.
2007-ci ilin fevralında Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına növbəti səfəri ikitərəfli əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqləməklə yanaşı, bir sıra mühüm nəticələrlə də yadda qalmışdır. Əldə edilən nəticələr onu deməyə əsas verir ki, qloballaşan dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri kimi çıxış edən Almaniya əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına ciddi maraq göstərir. Rəsmi Berlin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini reallaşdıran Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirir. Almaniya gələcəkdə enerjiyə artan daxili tələbatlarını Azərbaycandan idxal edəcəyi neft və təbii qaz hesabına təmin etmək, beləliklə, həm də alternativ enerji mənbəyi qazanmaq niyyətindədir. Bundan başqa, respublikamızın Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mühüm geosiyasi əhəmiyyət kəsb edən proses olaraq Almaniya üçün də vacib önəm daşıyır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin 13-14 mart tarixində Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı Almaniya Prezidenti Frank - Valter Ştaynmayerlə, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə və Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşmüşdür. Cənab Prezident bu görüşlərdə bir çox məsələlrə münasibət bildirmiş və mühüm mesajlar vermişdir. İlham Əliyev cənabları Azərbaycanda iqtisadiyyatın mövcud vəziyyəti barədə məlumat verərkən bildirilmişdir ki, son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, xarici borcumuzun azaldığı və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, ÜDM-in 10 faizindən aşağı olduğu bldirilmişdir. Azərbaycan - Ermənistan münasibətlərinə toxunan cənab Prezidentimiz qeyd etmişdir ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalmışdır. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal edilmiş və bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovularaq qaçqın - köçkün vəziyyətinə düşmüşdü. Artıq münaqişə arxada qalmışdır, indi sülhün zamanı çatıbdır. Azərbaycan Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif edib. Ermənistan bu şansı qaçırmamalıdır. Nəhayət, Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlamalıdır.
Enerji sahəsi ilə bağlı Möhtərəm Prezidentimiz bildirdi ki, bərpaolunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl imkanlar var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanmışdır. Gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir. Almaniya iqtisadi inkişaf baxımından Avropa məkanında aparıcı rol oynayır və Avropada Ümumi Daxili Məhsulun həcminə görə dünyada dördüncü ən böyük iqtisadiyyata malikdir.
Əlbəttə ki, hazırkı səfər Azərbaycan - Almaniya münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət edəcəkdir. Siyasi, iqtisadi, mədəni, humanitar istiqamətlərdə yeni əməkdaşlıq platformaların yaranma ehtimalı da yüksəkdir. Almaniya ilə Azərbaycanın hərtərəfli əməkdaşlığı hər iki tərəf üçün olduqca faydalıdır. Eyni zamanda, Qarabağda yenidənqurma və quruculuq işlərinin getdiyi bir vaxtda almaniyalı iş adamları və biznesmenlərilə Prezident İlham Əliyevin görüşü və işğaldan azad edilən bölgələrin turizm potensialı ilə bağlı təqdimatın keçirilməsi də vacib əhəmiyyətə malikdir. Bu, həm də bərpa - quruculuq işlərinə Alman şirkətlərinin cəlb edilməsi baxımından önəmlidir. Ümumilikdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan - Almaniya münasibətlərinin inkişafında yeni bir dövrün başlanmasından xəbər verir.
Çingiz Məmmədov
YAP Qazax rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

