YAP Neftçala rayon təşkilatının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib
29.03.2023 [16:37]
Martın 28-də Neftçala rayonunda Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra YAP Neftçala rayon təşkilatının təsis edilməsindən və 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə giriş sözü ilə çıxış edən Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev bildirib ki, Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır:” Yarandığı gündən Yeni Azərbaycan Partiyası hakimiyyət uğrunda deyil, Azərbaycanı məhvə sürükləyən, müstəqilliyimizi təhlükə altına alan uğursuz siyasətə qarşı idi. Bu gün isə Yeni Azərbaycan Partiyası böyük güc mərkəzidir. Bu gün Yeni Azərbaycan Partiyasının inkişafında müstəqil və qüdrətli Azərbaycanın inkişafı aydın görünür.” Ülvi Fərzəliyev bildirmişdir ki, Neftçala rayon təşkilatı partiyamızın həyata keçirdiyi layihələrdə üzərinə düşən vəzifə və öhdəlikləri yerinə yetirməyə çalışmışdır. Rayon partiya təşkilatının ən ümdə vəzifələrindən biri əhali arasında ideoloji-maarifləndirmə işinin gücləndirilməsi olmuşdur. Bu məqsədlə mütəmadi olaraq Ərazi partiya təşkilatlarında, idarə və müəssisələrdə, kənd və qəsəbələrdə partiya üzvləri və ictimaiyyət nümayəndələri ilə görüşlər təşkil edilmiş, maarifləndirici söhbətlər aparılmış, dəyirmi masalar, mühazirə və seminarlar təşkil edilmişdir. Vətən müharibəsində qazandığımız qələbə, ölkənin və regionların sosial-iqtisadi, mədəni inkişafı sahəsində cənab İlham Əliyevin verdiyi Fərmanlar və Sərəncamlar, onların yerinə yetirilməsi haqqında, eləcə də cənab İlham Əliyevin xarici səfərləri, ölkənin regionlarına etdiyi səfərlər və əhali ilə görüşləri barədə partiya üzvlərinə və ictimaiyyətə dolğun məlumat verilməsi təbliğatımızın əsasını təşkil etmişdir. Yerli təşkilat tərəfindən mütəmadi olaraq şəhid ailələri və müharibə iştirakçıları diqqətdə saxlanılır, düşmən təxribatı nəticəsində cəbhədə yaralanan əsgərlərimiz və onların ailə üzvləri ziyarət edilir. Partiyanın yerli təşkilatının inkişafında xidmətləri olmuş veteran partiya üzvləri də diqqədtdən kənarda qalmır, bayram və digər əlamətdar günlərdə onlar ziyarət edilir, tövsiyyə və məsləhətləri dinlənilir.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tədbirdə çıxış edərək vurğulayıb ki, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınması, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi və cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Ulu Öndər partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən görürdü. O, müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin idi. Ümummilli lider Heydər Əliyev partiyanın yaradılmasının onuncu ildönümü ilə bağlı tədbirdə deyib: “Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”.
Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının veteran üzvü Oktay Kərimov çıxış edərək rayon təşkilatının təsis edilməsindən bəhs etmiş, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər əldə etdiyini qeyd etmişdir. Xalqın sevgisini və dəstəyini qazanan partiya ölkədə sabitliyin təminatında avanqard rolunu oynayır.
Tədbirdə çıxış edən rayon təşkilatının veteran üzvü Valeh Tağıyev ümumxalq partiyasına çevrilən və 800 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasının cəmiyyətin inkişafında, gənclərin dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi istiqamətində, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun əhəmiyyətli dərəcədə artmasında rolundan danışıb.
Ərazi partiya təşkilat sədri Şəfəq Balaşova, partiyaya yeni üzv olan gənc müəllim İlkin Xancanlı əldə olunmuş nailiyyətləri qorumaq və daha da möhkəmləndirməyin, partiyanın ideyalarına sədaqətlə xidmət etməyin Yeni Azərbaycan Partiyasının hər bir üzvünün ən ümdə vəzifəsi olduğunu qeyd ediblər.
Sonda rayon təşkilatının həyatında fəal iştirak edən bir qrup partiya üzvlərinə fəxri fərman və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqəsi təqdim olundu.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

