Mübariz və qətiyyətli
25.04.2023 [14:55]
“Prezident İlham Əliyevin cari ilin 18 aprel tarixində Salyan şəhərinə səfəri, orada bir sıra obyektlərin açılışında iştirak etməsi, eləcə də səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verməsi və bir çox aktual məsələlərə toxunulması olduqca əhəmiyyətlidir. Müsahibə zamanı dövlətimizin başçısı ölkəmizin sosial-iqtisadi inkişafını nəzərdə tutan və ötən müddət ərzində uğurla icra edilən dövlət proqramlarından bəhs edərək gələcəkdə həyata keçirilməsi planlaşdırılan islahatlardan da ətraflı söhbət açıb. Həmçinin Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinin hazırkı vəziyyəti, postmüharibə dövründə Ermənistanın sülhdən yayınan davranışları ilə bağlı səsləndirdiyi fikirlər önəmli mesajlardandır”. Bu sözləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov deyib. Onun sözlərinə görə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və dövlətimizin daha da möhkəmləndirilməsini, ölkəmizin hərtərəfli inkişafını, xalqımızın rifah halının yüksəldilməsini hədəfləyən iqtisadi, sosial və siyasi islahatlar bu gün də dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycandakı mövcud inkişaf göstəriciləri ulu öndərin hədəflədiyi, birbaşa təşəbbüsü və rəhbərliyi ilə icra edilən layihələrin öz müsbət nəticəsini verdiyini göstərir. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə Prezidenti İlham Əliyev bu islahatların daha da genişləndirilməsi, regional və beynəlxalq səviyyədə milli maraqlarımıza uyğun şəkildə həyata keçirilməsini uğurla təmin edir: “2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Azərbaycan bölgələrinin ümumi inkişafı üçün reallaşdırılan dövlət proqramları həm iqtisadi, həm də sosial xarakter daşıyır, ölkəmizi günü-gündən gücləndirir. Vətəndaşlarımıza xidmət səviyyəsinin daha da yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. ASAN Xidmət Mərkəzləri bununla əlaqədar görülən işlərin mühüm tərkib hissəsi olmaqla yanaşı, artıq bir dünya brendinə çevrilib. Bütün dünya Azərbaycanın iqtisadi və sosial layihələrindən bəhrələnir və bu istiqamətdə Azərbaycanın təcrübəsini yüksək qiymətləndirir. ASAN Xidmət brendinin beynəlxalq mükafatlara layiq görülməsi bu baxımdan təsadüfi deyil. Bir sıra regionumuzda artıq bu mərkəzlərlə əhaliyə layiqli xidmətlər göstərilir. Salyanda açılan ASAN Xidmət Mərkəzi isə, sayca 25-ci mərkəzdir. Gələcəkdə də bir sıra regionumuzda bu cür xidmət sahələrinin yaradılması nəzərdə tutulur. Sözsüz ki, ölkəmizin dinamik şəkildə inkişaf etməsi dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bütün sahələri əhatə edən və məqsədyönlü şəkildə icrası təmin edilən islahatların sayəsində mümkün olub”.
Rayon təşkilatının sədri onu da qeyd etdi ki, 30 il ərzində Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla və barbarlıqla məşğul olub. Ancaq müzəffər Azərbaycan Ordusu Ali Baş Komadan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbə qazanaraq düşməni məğlub edib, tarixi torpaqlarımızı işğaldan azad edərək şanlı zəfər salnaməsini tariximizə əbədi həkk edib. Müharibədə ləyaqətli qələbə qazanan Azərbaycan bununla ədaləti və beynəlxalq hüququn pozulmuş müddəalarını bərpa edib. Müharibədəki ağır məğlubiyyətindən sonra kapitulyasiya aktına imza atmağa məcbur olan işğalçı Ermənistan ötən 2 il ərzində adıçəkilən bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etməyib. Hələ də azad edilmiş ərazilərimizdə qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğu və onların zaman-zaman baş verən təxribatları, revanşist qüvvələrin müharibədən nəticə çıxarmaması süh danışıqlarının gedişatına mənfi təsir edir, prosesi süni şəkildə uzadır. Ermənistan 30 il ərzində münaqişənin həllinə süni əngəllər törətdiyi kimi, hazırkı vəziyyətdə də sülh müqaviləsinin imzalanmasına mane olur, münasibətlərin normallaşdırılmasına sözdə maraqlı olsa da əməli heç bir addım atmır. Nəticədə Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhəddində pozucu təxribatlar və gərginlik davam edir. Lakin Ermənistan dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin də müsahibəsində qeyd etdiyi kimi, anlamalıdır ki, Azərbaycan Vətən müharibəsində parlaq qələbə qazanıb və onlar bu qalibiyyətlə hesablaşmalı, üzərlərinə götürdükləri öhdəliklərə birmənalı əməl etməli, gərginlikdən çəkinməli, regionda təhlükənin alovlandırılmasında maraqlı olmamalıdırlar. Əks halda bu əməllərinin nəticəsi onlar üçün daha da pis olacaq. Qarabağdakı erməni əhali isə Azərbaycan vətəndaşlığını qəbul etməli və bizim bayrağımız altında qanunlarımıza tabe olaraq yaşamalıdır. Əgər bunu qəbul etmirlərsə istədikləri ərazilərdə özlərinə məskən sala bilərlər. Azərbaycan hüquqi dövlətdir və öz vətəndaşlarına bərabər hüquqi imkanlar yaradır. Lakin bu qanunlardan kənara çıxaraq pozuculuqla məşğul olanlar, beynəlxalq hüquqla tanınan və qəbul edilən sərhədlərimiz daxilində Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyənlər üçün yol açıqdır. Azərbaycan Ordusu mübarizdir, qətiyyətlidir və son iki il ərzində daha da möhkəmlənib, güclənib, qüdrətlənib. Biz torpaqlarımızı qorumağa və revanşist qüvvələri ağır məğlubiyyətə uğratmağa hər an hazırıq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43

