/ / Qardağda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
Qardağda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
29.04.2023 [13:21]
2023-cü il aprelin 27-də Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının və Lökbatan Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə YAP-ın rayon təşkilatının qərargahında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Nəsillərə nümunə olan alim, ana və pedaqoq” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbir iştirakçıları Zərifə xanım Əliyevanın Fəxri Xiyabanda yerləşən məzarı üzərinə gül dəsətələri qoyaraq onun xatirəsinə ehtiramlarını bildiriblər.
Dəyirmi masanı açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev təşkil edilən tədbirin Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anası, Azərbaycan tibb tarixinə görkəmli alim, həkim və pedaqoq kimi daxil olmuş akademik Zərifə xanım Əliyevaya həsr olunduğunu bildirib. O qeyd edib ki, ömrünü xalqımızın sağlamlığı uğrunda mübarizəyə həsr edən Zərifə xanımı tibb işçiləri və onun yaxın həmkarları olmuş həkimlər daha yaxından tanıdığı üçün onların fikirlərini və xatirələrini dinləmək daha məqsədəuyğun olardı. Buna görə də bu tədbirin Lökbatan Tibb Mərkəzi ilə birlikdə təşkil etmişik.
Sonra dəyirmi masada çıxış edən Lökbatan Tibb Mərkəzinin direktoru Elçin Hüseynov akademik Zərifə xanım Əliyevanın həmin vaxt peşə ilə bağlı geniş yayılmış göz xəstəliklərinin müalicəsində qazandığı uğurlardan və naliyyətlərdən danışıb. O, tədbir iştirakçıları ilə onun haqqında xatirələrini bölüşərək bildirib ki, Zərifə xanım Əliyeva fitri istedada malik novator alim, insanların sağlamlığı keşiyində dayanan insanpərvər həkim, bacarıqlı pedaqoq və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu ilə hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün bir nümunə olmuşdur.
Zərifə xanım Əliyevanın elmi-pedaqoji fəaliyyəti haqda məruzə ilə çıxış edən oftomoloq-alim Hicran xanım Həşimova onunla bağlı xatirələrini bölüşüb. O bildirib ki, Zərifə xanım zaman baxımından qısa ömür yaşasa da, tibb sahəsində gördüyü çox böyük işlərlə, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin müalicəsində əldə etdiyi uğurlarla tarixə adını yazdırıb. Z.Əliyeva bu gün də onu tanıyanların qəlbində qayğıkeş, mehriban ana, sədaqətli ömür yoldaşı, istedadlı alim, bacarıqlı həkim, etibarlı dost, səmimi insan kimi yaşayır. Akademik Z.Əliyevanın ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan insan olduğunu qeyd edən H.Həşimova nadir və əvəzolunmaz bir alim və pedaqoq kimi xatirəsinə böyük ehtiramını ifadə etdi.
Tədbirdə digər çıxış edənlər – oftalmoloq-həkim Günay Hüseynli, Lökbatan Tibb Mərkəzinin direktor müavinləri: Cəmilə Xanmuradova, Şəfəq Yusifova və Emil Sadıqzadə akademik Zərifə Əliyevanın həm həyatının, həm də elmi fəaliyyətinin gələcək nəsillər üçün bir örnək olduğunu bildiriblər.
Sonra Zərifə xanım Əliyevanın mənalı həyatı və dəyərli elmi fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.
Dəyirmi masaya yekun vuran YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev zəngin dövlətçilik tarixi olan Azərbaycan xalqının tarixi-milli ənənələrində, o cümlədən də Səfəvilər kimi qüdrətli imperiyanın yaranmasında qadın siyasətçilərin, diplomatların, alim və şairlərin böyük rolundan danışıb. O, bildirib ki, Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Müzəffər Ali Baş Komandan, Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Biz ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük. Natiq, eyni zamanda milli-tarixi ənənələrin davamçısı kimi bu gün ölkəmizin bütün sahələrində, xüsusən də səhiyyə sahəsində qazanılan nailiyyətlərdə Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın da böyük zəhməti olduğunu vurğulayıb. Onun ölkəmizdə təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı üçün gördüyü işlərin, Ulu öndərin adını daşıyan Fondun həyata keçirdiyi humanitar layihələrin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini, Mehriban xanımın şəxsində bütün Azərbaycan qadınlarına dünyada böyük hörmət və ehtiram qazandırdığını qeyd edib.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev dəyirmi masaya yekun vuraraq, Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini deyib, tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34

