Növbəti diplomatik uğur
18.07.2023 [12:06]
İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə növbəti üçtərəfli görüşü baş tutdu.
Bütün görüşlərdə olduğu kimi Azərbaycan Respublikasının Prezidentinin qətiyyətli mövqeyi aydın nəzərə çarpdı. Hətta görüşün təşkilatşısı Şarl Mişel də görüşün Azərbaycan üçün uğurlu olmasını dilə gətirdi. Bunun əsas səbəbi isə ilk növbədə Azərbaycanın haqlı mövqeyi və israr etdiyi məsələlərin beynəlxalq hüquqa uyğunluğu olmuşdur.
Qeyd edək ki, 44 günlük tarixi Zəfər nəticəsində və ondan sonrakı dövrdə Azərbaycanın beynəlxalq hüquq və tarixi faktlarla təsbit olunan haqlı mövqeyi hərbi və iqtisadi gücümüzlə tam möhkəmlənib. Prezident İlham Əliyevin yürütdüyü mükəmməl xarici siyasət bütün beynəlxalq mərkəzlərdə və dövlətlərdə haqlı mövqeyimizin qəbul olunması ilə müşahidə olunur. Ölkəmizin beynəlxalq arenada nüfuzu elə bir həddə möhkəmlənmişdir ki, ən qatı ermənipərəst xarici qüvvələr belə öz əlaltılarını müdafiə etmək gücünü itiriblər. Məhz bu səbəbdən 44 günlük müharibədən sonra Ermənistanla istər ikitərəfli, istərsə də vasitəçilərlə keçirilən görüşlərdə yalnız Azərbaycanın mövqeyi nəzərə alınır və masada Azərbaycanın təklifləri müzakirə mövzusudur.
Ermənistanın mövqeyinə gəlincə, bu mövqe özü ilə ziddiyyət təşkil edir. İrəvan 1990-cı illərin əvvəllərində MDB-nin yaradılması haqqında sazişi imzalamaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını təsdiq etdilər, lakin bu, Ermənistanın sonradan Azərbaycanın ərazilərini işğal edərək ərazi bütövlüyünü pozmasına mane olmadı. Digər tərəfdən, İrəvan Qarabağın statusu və Qarabağ ermənilərinin hüquqları məsələsini gündəmə gətirir və bunun “ərazi məsələsi deyil, hüquq məsələsi” olduğunu əsas göstərir. Hər iki sualın cavabını da cənab Prezident verib: Qarabağ Azərbaycandır və ona uyğun olaraq Azərbaycanın tərkibindən başqa status ola bilməz. Heç vaxt ikinci erməni dövləti olmayıb və olmayacaq!
Hamı, hətta ermənipərəst dairələr belə, beynəlxalq hüquq baxımından Qarabağın Azərbaycan olması faktı ilə razılaşıb. Qarabağ ermənilərinin hüquqlarına gəlincə, cənab Prezident İlham Əliyev bildirib ki, Qarabağ ermənilərinə Azərbaycanın qalan vətəndaşları kimi hüquqlar veriləcəkdir. Bundan sonra Ermənistanın əlində hansısa arqument qalmadığından müxtəlif vasitələrlə sülh prosesini uzatmaq, hansısa möcüzəli bir situasiyanın yaranacağına ümid etməklə məşğuldur. Rəsmi Bakı Ermənistanla mehriban qonşuluq münasibətlərinə hazırdır, lakin Ermənistanın məsələyə konstruktiv münasibət göstərməməsi prosesi ləngidir.
Lakin bütün bunlara baxmayaraq ölkəmizin başçısının mütəmadi olaraq beynəlxalq hüquqa söykənən və qətiyyətli xarici siyasəti dünya güclərinin diqqət mərkəzindədir və bu mövqenin haqlı olduğu etiraf olunur. Həm də qeyd etmək lazımdır ki, cənubi Qafaqazda Azərbaycanın iştirakı olmadan hər hansı layihənin reallaşması artıq qeyri-mümkündür və bunu Avropada yaxşı anlayırlar. Bu da ilk növbədə cənab Prezidentin yürütdüyü siyasətin, həyata keçirdiyi islahatların və ölkəmizin hərbi və iqtisadi gücünün nəticəsidir.
Görüşün sonunda Şarl Mişelin Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlaması oldu. Açıqlamadan görünən odur ki, bu görüşdə ölkəmizin maraqları tam şəkildə ifadə olunub. Şarl Mişel bildirdi ki, liderlər Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın isə 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bir daha qəti şəkildə təsdiqlədilər.
Görüşün nəticələri ilə bağlı bəyanatda mühüm məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı məsələ idi. Avropa İttifaqının bu məsələdə iqtisadi, siyasi marağını açıq şəkildə qeyd etməsi Ermənistanın bütün manevrlərinin uğursuzluqla nəticələnəcəyini düşünməyə əsas verir.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsinə gəlincə, birmənalı şəkildə bu məsələnin bizim daxili işimiz olması diqqətə çatdırılıb. Qeyd edilib ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təmin ediləcək.
Görüşdə növbəti uğurlardan biri humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perspektivinin müzakirə mövzusu olması, digəri isə Qərbi Azərbaycan icması və onların qayıdışı məsələsinin də müzakirə edilməsi olmuşdur.
Görünən budur ki, Avropa İttifaqı və ABŞ-ın Azərbaycanın təşəbbüslərini dəstəkləmələri Ermənistanı çıxılmaz vəziyyətə salıb. Azərbaycan artıq Cənubi Qafqazda sülh və sabitliyin təminatçısı kimi qəbul edilir. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Üçtərəfli Bəyanatın 4-cü bəndində göstərildiyi kimi, qeyri-qanuni erməni silahlı birləşmələri Azərbaycan ərazilərini tərk etməlidirlər. İstər Vaşinqton, istərsə də Brüssel formatında məhz həmin 4-cü bəndin təcili icra olunması məsələsi əsas müzakirə mövzusu olmuşdur.
Həm müzakirə olunan məslələrin zənginliyi baxımından, həm də Azərbaycanın mövqeyinin üstünlüyü baxımından son Brüssel görüşü göstərdi ki, yaxın vaxtda sülh sazişinin imzalanması istiqamətində irəliləyişlərin olacağının şahidi olacağıq.
Diplomatik masada Azərbaycanın təkliflərinin müzakirə edilməsi və dəstəklənməsi bunu bir daha sübut etdi.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

