YAP Xəzər rayon təşkilatının 30 illik yubileyi münasibətilə tədbir keçirilib
18.07.2023 [16:42]
İyulun 18-də Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının yaradılmasının 30 illik yubileyi münasibətilə təntənəli tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla anıblar.
Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının yaradılmasında rol oynayan partiya veteranları, ərazi partiya təşkilat sədrləri, şəhid ailələri və partiyanın fəal gəncləri iştirak ediblər.
Zirə Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov tədbir iştirakçılarını salamlayaraq, YAP Xəzər rayon təşkilatının 30 illik fəaliyyəti haqqında məlumat verib. O, bildirdi ki, partiyanın ilk yaradılan rayon təşkilatlarından biri də bu gün sıralarında 8 minə yaxın üzvü birləşdirən YAP Xəzər rayon təşkilatıdır. Təşkilatın hər bir üzvü Ulu Öndər Heydər Əliyev siyasətinin və ideyalarının təbliğatçısıdır. Onlar partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə çalışırlar. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan irəli gəlir. Namiq Əhmədov qeyd etdi ki, bütövlükdə, partiyanın bugünkü uğurları gələcəyə daha böyük əminliklə yanaşmağa əsas verir. Yeni Azərbaycan Partiyası yeni mərhələdə - bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verəcəkdir.
Daha sonra çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirdi ki, Azərbaycanın özünü güclü ölkə kimi təsdiqləməsində, bölgənin lider dövlətinə, beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilməsində, möhtəşəm qələbə qazanaraq tarix yazmasında və adını tarixə əbədi həkk etməsində Yeni Azərbaycan Partiyasının müstəsna rolu var. 30 il ərzində Yeni Azərbaycan Partiyası milli vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxışının sonunda YAP Xəzər rayon təşkilatının yaradılmasının 30 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.
Digər çıxış edənlər - YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev, II Qarabağ müharibəsinin Şəhidi Yusifzadə Ramilin anası, YAP-nın üzvü Yusifova Reyhan, veteran partiya üzvü Bəhram Babayev və 156 nömrəli tam orta məktəbin direktoru, YAP-nın fəalı Gülər İsmayılova Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan rolundan, ölkəmizin hər bir uğuruna töhfəsindən geniş bəhs etdilər və YAP Xəzər rayon təşkilatının yaranmasının 30 illik yubileyi münasibəti ilə öz təbriklərini çatdırdılar. II Qarabağ müharibəsinin Şəhidi Yusifzadə Ramilin anası, YAP üzvü Yusifova Reyhan hər zaman onları diqqət mərkəzində saxlayan YAP Xəzər rayon təşkilatına minnətdarlığını bildirib və fəaliyyətlərində uğurlar arzu edib.
Çıxışlardan sonra YAP Xəzər rayon təşkilatının inkişafında və rayonun ictimai siyasi həyatında fəal iştiraklarına görə bir qrup partiya veteranına və fəalına Fəxri Fərman təqdim olunub.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

