YAP Tərtər rayon təşkilatının 30 illiyinə həsr olunmuş tədbir keçirilib
25.07.2023 [13:08]
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı 2023-cü il “Heydər Əliyev İli “ çərçivəsində rayon təşkilatının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirib.
25 iyul 2023-cü il tarixdə keçirilmiş tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Ərazi Partiya təşkilat sədrləri və partiya fəalları iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə rayonun Mərkəzi Meydanda ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edərək, abidələrin önünə gül-çiçək dəstələri düzmüş, əziz xatirələrini ehtiramla anmışlar.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov rayon təşkilatının uçotunda olan partiya üzvlərini səmimi qəlbdən təbrik etdi və hər bir kəsə uğurlar arzuladı. Eyni zamanda partiyanın yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan danışıb. O, rayon təşkilatının 30 il ərzində keçdiyi yola nəzər salıb. Qeyd olunub ki, YAP Tərtər rayon təşkilatı ilk yaradılan rayon təşkilatlarından biridir. Sıralarında 7035 üzvü birləşdirən rayon təşkilatı 1993-cü ilin 25 iyul tarixində təsis edilib. Bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşıda daha böyük uğurları hədəfləyib. Sədr Eldar Əsədov Yeni Azərbaycan Partiyasının yaradılmasından, o dövrdə ölkədəki ictimai-siyasi durumdan, Ümummilli Liderin Yeni Azərbaycan Partiyasını Ümumxalq Partiyasına çevirməsindən danışdı. Qeyd edib ki, YAP yarandığı ilk gündən ölkədə hüquqi, demokratik dövlət qurulmasına səy göstərərək təşkilatlanma mərhələsini şərəflə keçərək, xalqımızın düşdüyü ağır vəziyyətdən çıxması üçün səy göstərmiş və buna nail olmuşdur. Müstəqil Azərbaycanın həyatında, inkişafında və müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynayacaq yenicə həyata vəsiqə alan Yeni Azərbaycan Partiyasına Ulu Öndərin özünün və Möhtərəm Prezidentimizin üzv qəbul olmaları o zaman minlərlə vətəndaşımızın da tərəddüd etmadan YAP-a gəlməsini şərtləndirdi. Sədr onu da qeyd etdi ki, YAP Tərtər Rayon Təşkilatı ümummilli lider Heydər Əliyev ideyalarına daim sadiq olmaqla, fəaliyyəti dövründə mütəşəkkillik nümayiş etdirərək öz işini partiyanın yeni qəbul edilmiş Nizamnamə va Proqramına uyğun qurmaqla, Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin YAP-in VII qurultayındakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün maksimum səy göstərir.
Sonra Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası zəngin yol keçmiş, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləyib. YAP Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında indiki Azərbaycanı - yeni, müstəqil, günbəgün möhkəmlənən və güclənən Azərbaycanı qurdu. Azərbaycan bu gün dünyanın sürətlə inkişaf edən ölkəsi kimi tanınıb. Bütün bunların hamısı YAP-ın həyata keçirdiyi siyasətin nəticələridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası həmin vəzifələri də yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır.
Sonra Səhləbad ərazi partiya təşkilatının sədr müavini, Vətən müharibəsi iştirakçısı Səbuhi İbrahimov, Rayon Statistika İdarəsinin rəis müavini İradə Rəfiyeva YAP-ın Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan danışaraq, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu söyləyiblər. YAP-ın sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin ulu öndər Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu vurğulamışlar.
Tədbirin sonunda YAP Tərtər rayon təşkilatı tərəfindən YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri və Rayonun ictimai - siyasi həyatında göstərdiyi xidmətlərə görə bir qrup partiya fəalına Fəxri Fərmanlar təqdim edilmişdir.
Xəbər lenti
Hamısına baxSosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01

