Azərbaycan daim regionda rifahın təmin edilməsi təşəbbüsləri ilə çıxış edir
27.07.2023 [11:20]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
İyulun 21-də Azərbaycanın Mədəniyyət paytaxtı, Qələbə rəmzi Şuşa dünyanın 34 ölkəsinin dövlət informasiya agentliklərinin, 12 beynəlxalq təşkilat və media qrumunun, 60 yerli media nümayəndələrinin iştirak etdiyi “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda bir daha Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.
“Heydər Əliyev ili” və Milli Mətbuatımızın 148-ci ildönümü münasibəti ilə həyata keçirilən Forumun əsas məqsədi Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, qlobal media meyllərinin təhlil etmək, beynəlxalq əməkdaşlığı daha da genişləndirmək idi.
Ölkə Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində xarici və yerli jurnalistlərin suallarını ətraflı cavablandıraraq, Azərbaycan həqiqətlərini, postmünaqişə dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdıraraq yenidən beynəlxalq aləmin diqqət mərkəzində oldu. Dünyanın aparıcı media təşkilatları rəhbərlərinin, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlərinin, tanınmış jurnalistlərin bir araya gəldiyi Forumda Prezident İlham Əliyev Forumda bir daha Azərbaycanın beynəlxalq aləmdə sabitlik məkanı kimi tanınmasını qətiyyətlə vurğuladı: “Azərbaycan rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır”. Dövlət başçısımız bildirib ki, Rusiya və ABŞ silahlı qüvvələrinin yüksək nümayəndələri, ordu qərargahlarının komandanları, NATO komandanları görüşlər üçün hər zaman Bakını seçiblər. Bunun ölkəmizə etimadın, etibarın göstəricisi olduğunu vurğulayan cənab İlham Əliyev onu da qeyd etdi ki, belə görüşlər dörd və ya beş dəfə keçirilib. Bu da onu göstərir ki, Azərbaycan maraqları birləşdirən ölkədir.
Eyni zamanda Prezident İlham Əliyev diqqəti hazırkı dövrün əsas çağırışlarından olan Ermənistanla münasibətlərdə yeni səhifənin açılmasına yönəldib: Bizə keçmişdə olan təhlükə 30 il ərzində Ermənistan və onun işğalçılıq siyasətindən qaynaqlanırdı. Artıq biz ümumilikdə bu təhlükənin öhdəsindən gəlmişik. Ancaq, əlbəttə, biz ayıq olmalıyıq, keçmişimizi unutmamalıyıq. O zaman Ermənistanın Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdiyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, biz unutmamalıyıq ki, hətta İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistanın, cəmiyyətin və hətta hökumətin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır.
Forumun iştirakçıları, xarici media nümayəndələri azad olunmuş ərazilərə səfəri zamanı erməni vandalizminin şahidi olub, işğal dövründə viran qoyulan yaşayış məntəqələrimizi, eyni zamanda, Qarabağda aparılan sürətli bərpa-quruculuq işlərini, xarabalığa çevrilmiş ərazilərimizdə yaradılan infrastrukturu öz gözləri ilə görüb,müşahidə etdilər.
Media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirə olunduğu Forum çərçivəsində dünyaya bir daha bəyan edildi ki, Azərbaycan hazırda qalib ölkə olaraq sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifidir. Beynəlxalq nüfuzu durmadan artan ölkəmiz regionda təhlükəsizliyin, əməkdaşlığın, rifahın təmin edilməsi təşəbbüsləri ilə çıxış edir, həqiqətlərin olduğu kimi dəyərləndirilməsinə geniş imkanlar yaradır.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

