Laçın yenidən qurulur
29.08.2023 [11:29]
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi Azərbaycan xalqında böyük qürur hissi yaşatdı. Sərəncamda göstərilir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad olundu və bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Bu cür tarixi günlərin həmin rayonlarda qeyd olunması münasibəti ilə əlaqədar olaraq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Laçında Şəhər Günü ilə bağlı bayram tədbirlərində iştirak etməsi xüsusi önəm daşıyır. Dövlətimizin başçısı bayram münasibətilə xalqımızı və eləcə də laçınlıları təbrik etdi, eyni zamanda regiondakı vəziyyətlə bağlı ciddi mesajlar verdi. Ötən ilin 26 avqustunda Azərbaycanın Müzəffər Ordusunun Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürülməsi ilə bağlı Ali Baş Komandan, Prezident İlham Əliyevin müjdəsini bütün xalqımız sevinc və qürur hissi ilə qarşıladı. Bununla da, laçınlıların, zabuxluların yurd həsrətinə son qoyuldu. Ölkə başçımızın dediyi kimi, cəmi 8 ay ərzində Laçın şəhərinə əhalinin qayıdışı təmin olundu. 28 May Müstəqillik Günündə Prezident tərəfindən Laçına ilk köçənlərə evlərin açarları təqdim edildi. Bu ilin sonuna qədər isə 900 ailə üçün evlər hazır olacaq.
Azərbaycan müstəqil siyasət aparmaqla beynəlxalq hüquq çərçivəsində bütün addımları atır. Heç kim dövlətimizin iradəsinə təsir edə bilməz, biz haqq yolundayıq və bizi kimsə yolumuzdan döndərə bilməz. 30 ildən sonra Laçın şəhərinin işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən strateji hadisələrindən hesab edilir. İqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən olan Laçın şəhəri hər zaman regionun vacib yaşayış məntəqəsi kimi qəbul edilib. Təbii ehtiyatları ilə fərqlənən rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. Laçın rayonunun zəngin təbii ehtiyatları - civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası imkan verəcək ki, həm Laçının potensialı artsın, həm də rayon tam olaraq bərpa edilsin. İnanırıq ki, məskunlaşma, yəni Böyük Qayıdış prosesi ilə pararlel olaraq Laçının inkişafını da qısa müddətdə müşahidə edə biləcəyik.
Artıq 26 avqust bundan sonrakı tariximizdə Laçın şəhəri günü kimi qeyd olunacaq. Həmin gün Laçından - onun dünənindən, bu günündən qürurla yazacağıq.
Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğaldan azad olmuş torpaqlarımız tezliklə bərpa olunacaq və daimi sakinlərinin yurd yeri olacaq. Bu işdə hər birimiz ölkə başçımıza əməli işimizlə dayaq olmalıyıq və olacağıq.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

