“Əsrin müqaviləsi” – tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib
19.09.2023 [12:04]
Xəzər Rayon İcra Hakimiyyəti, GL şirkətinin və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi” – tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” adlı tədbir keçirilib.
"Heydər Əliyev ili” çərçivəsində 18 sentyabr 2023-cü il tarixində GL şirkətinə məxsus “Taghiyev Operating Company”də (TOC) baş tutan tədbirdə Xəzər RİH başçısı Elşən Salahov, Milli Məclisin deputatları Rauf Əliyev və Aydın Hüseynov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, GL şirkətinin baş icraçı direktoru Asif Zeynalov, TOC-un baş meneceri Nadir Əfəndiyev, GL şirkətinin vitse-prezidentləri İlqar İbrahimli və Fəridə Ağayeva, RİH başçısının müavini, RİH başçısı Aparatın şöbə müdirləri və neft-qaz sahəsində çalışan əməkdaşlar iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sükutdan sonra “Əsrin müqaviləsi”ndən bəhs edən qısametrajlı film nümayiş olunub.
Giriş sözü ilə çıxış edən E.Salahov “Heydər Əliyev ili” çərçivəsində “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır» mövzusunda təşkil olunmuş tədbirdə iştirakçıları salamlayıb və işlərində müvəffəqiyyətlər arzulayıb. E.Salahov çıxışında 20 sentyabr 1994-cü il tarixinin əhəmiyyətini vurğulayaraq, Gülüstan sarayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə "Əsrin müqaviləsi"nin imzalanmasını ölkəmizin uğurlu inkişaf tarixinin ən önəmli hadisələrindən olduğunu qeyd edib. Bu tarixi hadisənin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından məhz 1 il sonra baş verdiyinə diqqət yetirərək, "Əsrin müqaviləsi” ilə müstəqilliyini möhkəmləndirən Azərbaycanın öz sərvətlərinə tam sahib olduğunu, Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu bütün dünyaya nümayiş etdirərək, Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradaraq xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açıldığını vurğulayıb. Eyni zamanda qeyd edib ki, dövlət qurumları ilə özəl şirkətlərin birgə əməkdaşlığının inkişafı istiqamətində şəraitin yaradılması mühüm addımlardan biri hesab olunur.
44 günlük Vətən Müharibəsinə toxunan E.Salahov bildirib ki, Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi zəfərin təməli məhz “Əsrin müqaviləsi” imzalandığı gün qoyulmuş və bu zəfər ölkəmizin gücünün və qüdrətinin nümayişi, Azərbaycanın dünyada artan nüfuzunun böyük göstəricisidir.
Daha sonra tədbirdə “Əsrin müqaviləsi”nin əhəmiyyətindən danışan GL şirkətinin baş icraçı direktoru Asif Zeynalov bu tarixi hadisənin ölkəmiz üçün yeni imkanlar yaratdığını vurğulayıb. “Ulu Öndər Heydər Əliyevin dahiyanə təşəbbüsü nəticəsində imzalanan bu möhtəşəm neft sazişi ilə ölkəmizin uzunmüddətli inkişafı təmin edildi. Azərbaycanın bir dövlət kimi dünya iqtisadi sisteminə qoşulmasına, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə əlverişli şərait yaratdı. Bu gün Azərbaycan böyük enerji ixracatçısı kimi karbohidrogen ehtiyatlarını Avropa və dünya bazarlarına çıxarır. “Əsrin müqaviləsi” və uğurla həyata keçirilən milli neft siyasəti bundan sonra da ölkəmizin inkişafına, xalqımızın rifahına və mədəni intibaha xidmət edəcək”, - deyə o bildirib.
Daha sonra Milli Məclisin deputatları Aydın Hüseynov, Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, GL şirkətinin vitse-prezidentləri İlqar İbrahimli və Fəridə Ağayeva, TOC-un baş meneceri Nadir Əfəndiyev çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir və Azərbaycan xalqı yeni əsrə, yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 30 ilə yaxın müddətdə Azərbaycanın inkişafına verilən töhfələr, ölkəmizin əldə etdiyi yüksək iqtisadi nailiyyətlər, neftdən əldə olunan gəlirin qeyri-neft sektorunun inkişafına yönəldilməsi neft strategiyasının uğurlu icrasının nəticəsidir. Qeyd olunub ki, Azərbaycanın öz neftini insan kapitalına çevirə bildiyini, eyni zamanda Respublikamızın bütün sahələrində tərəqqiyə nail olunduğunu, həmçinin enerji infrastrukturunun, iqtisadiyyatın şaxələndirilməsinin neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə nəticəsində mümkün olduğunu vurğulayıblar.
Tədbirin sonunda isə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tərəfindən “Əsrin müqaviləsi”nin 29-cu ildönümü münasibətilə neft sənayesinin inkişafında göstərdiyi uğurlu fəaliyyətinə görə GL şirkətinin baş icraçı direktoru Asif Zeynalov Təşəkkürnamə ilə təltif edilib və YAP Xəzər rayon təşkilatı tərəfindən bir qrup neftçiyə Fəxri Fərmanlar və hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59

