Möhkəm təmələ əsaslanan münasibət
11.10.2023 [18:54]
Azərbaycan və Gürcüstan dövlətləri, xalqları arasında dostluq əlaqələri dərin tarixi köklərə malikdir. Dövlət başçısı İlham Əliyevin bu günlərdə dost ölkəyə işgüzar səfəri bir daha keçilən yolun təqdimatında və perspektivlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bir neçə aydan sonra Azərbaycana gələcəyini bildirərək qarşılıqlı səfərlərin davamlı xarakter almasını böyük məmnunluq hissi ilə vurğuladı.
Təbii ki, hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Yeni istiqamətlər müəyyənləşdirilir və uğurlu inkişafı üçün yol xəritəsi təqdim olunur. Dövlət başçısı İlham Əliyev enerji, nəqliyyat sahəsində çox böyük planlarımız olduğunu önə çəkərək bildirdi ki, həyata keçirilmiş layihələr haqqında danışmaq əbəsdir, bunu hər kəs bilir. Reallıq budur ki, iki dost ölkənin birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir: “Həmçinin gələcək planlarımız üzrə birmənalı əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır. Biz böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilərik. Bu gün biz Anakliya limanının inşası ilə bağlı fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində Kulevi limanı var, o limanın genişləndirilməsi, əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirəcək. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da, əlbəttə, Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək.”
Energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün Azərbaycan və Gürcüstanı birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. İki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edir və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Cənab İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, ondan sonra konkret işlərə start veriləcək. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur və beləliklə, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm Azərbaycan və Gürcüstanın, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək.
Bir sözlə, bu gün Gürcüstanın və Azərbaycanın birlikdə icra etdiyi layihələr təkcə Cənubi Qafqaz regionu deyil, Avrasiya üçün böyük məna daşıyır. İki qardaş ölkənin güclü siyasi iradəsi var. Eyni zamanda, yaradılmış güclü infrastruktur hədəflərə doğru inamla addımlamağa əsas verir. Ən əsası atılan addımların uğurlu olmasında Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı mühüm rol oynayır.
Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında Heydər Əliyev-Eduard Şevardnadze dostluğunun çox böyük rol oynadığını önə çəkərək bildirdi ki, onların fəaliyyətləri sayəsində müstəqil Azərbaycan, müstəqil Gürcüstan inkişaf etməyə başlamışdı. Bu gün davamçıları onların yolu ilə gedir. Təbii ki, hazırda Gürcüstan və Azərbaycan qat-qat daha inkişaf etmiş ölkələrdir. Çağırışlarımız da, problemlərimiz də eynidir. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb: “Baş nazir qeyd etdiyi kimi, biz hər zaman bir-birimizin ərazi bütövlüyümüzü, suverenliyimizi dəstəkləmişik və dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır.”
Göründüyü kimi, möhkəm təmələ əsaslanan bu dostluq, qardaşlıq yüksələn xətlə inkişaf edir. Günümüzün əsas çağırışı regionda dayanıqlı sülhün yaradılması üçün Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Qardaş Gürcüstan bu məsələdə vasitəçilik etməyə hazır olduğunu bildirir. Bu istək həm münasibətlərimizin, həm də hər iki ölkənin sulhün, sabitliyin, əməkdaşlığın tərəfdarı olduqlarının təqdimatıdır.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26

