Qarabağda Azərbaycan bayrağı vüqarla dalğalanır
07.11.2023 [12:40]
Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr–10 noyabr 2020-ci tarixlərində dünyanın gözünün içinə baxaraq, 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı azad etdi. Bununla da Azərbaycan BMT-nin erməni qüvvələrinin işğal olunmuş torpaqlarımızdan çıxarılmasına dair məlum qətnamələrini də özü icra etmiş oldu.
Bu Qələbə təkcə 30 illik işğalın yox, 200 illik erməni düşmənçiliyinin cavabı idi. Bu Qələbə böyük Ermənistan planının məhv edilməsi, onların bu planı yerinə yetirmək üçün növbəti pilləni keçmələrinin qarşısının alınması idi.
Azərbaycan Ordusu qarşısında param-parça olan, minlərlə itki vermiş, yüzlərlə ağır texnikası, hava hücumundan müdafiə vasitələri məhv edilmiş və ya hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan dövləti 10 noyabr 2020-ci ildə Rusiya Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin imzaladığı Üçtərəfli Bəyanatla rəsmi şəkildə təslim olduğunu qəbul etdi. Bəyanata uyğun olaraq erməni işğalçıları zəbt etdikləri Laçın, Kəlbəcər və Ağdam rayonlarından verilmiş tarixə uyğun olaraq çıxdılar. İşğal altında olan rayonlarımız itkisiz, amma müharibənin yaratdığı siyasi vəziyyətə görə azad olundu. Bildirim ki, Laçın və Kəlbəcər ərazisinə görə işğal altında olan rayonların ən böyükləridir və ərazilərinin böyük hissəsi də dağlıqdır. Bu rayonların döyüşsüz işğaldan azad olunması əlavə itkilərimizin qarşısını aldı.
Üçtərəfli Bəyanatın şərtlərindən (9-cu bənd) biri də bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasıdır. Bu şərtə əsasən Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsi yaradılır. Ermənistan respublikası da bu əlaqədən istifadə edən Azərbaycan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinə və təhlükəsizliyinə zəmanət verir.
Üçtərəfli Bəyanatın imzalanması qaydası və şərtlərinin mahiyyətinə, məzmununa baxdıqda aydın olur ki, bu, Ermənistan üçün kapitulyasiya aktıdır.
İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. Rəsmi İrəvanın uzun illər ərzində ordu haqqında bəslədiyi mif puç oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.
Kapitulyasiya aktının imzalanmasından üçil keçir və Azərbaycan üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Artıq Xankəndində və Xocalıda, Əsgəranda və Xocavənddə, bir sözlə, bütün Qarabağda Azərbaycan bayrağı vüqarla dalğalanır. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri uğurla aparılır.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması işi sürətlə davam edir.
Prezident İlham Əliyevin 2022-ci 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyünün tanınması, bir zamanlar “Qarabağ Ermənistandır və nöqtə” deyib yallı gedən Paşinyanın indi “Qarabağ Azərbaycandır” deməsi də elə bu Bəyanatdan irəli gəlir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01

