Cənubi Qafqazın ən böyük siyasi partiyası
22.11.2023 [16:05]
“Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.” Dövlət başçısı, YAP Sədri İlham Əliyev partiyanın VII qurultayında səsləndirdiyi bi fikirləri ilə bu gün ölkəmizin həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirən amilləri diqqətə çatdırdı. Partiyanın nüfuz qazanmasında tutduğu yola sadiqliyi, sözlə əməl birliyi ilə yanaşı, Ümummilli Liderin şəxsi nüfuzu əhəmiyyətli rol oynadı. Tarixi Azərbaycanın müstəqilliyinin bərpası tarixi ilə üst-üstə düşən Yeni Azərbaycan Partiyası 31 ildə şərəfli yol keçib. YAP daim monolitliyini qoruyan partiya kimi diqqətdə olub. Son üç ildə tarixi Zəfərimizin reallıqlarından bəhs edirik. 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz birliyimizin, həmrəyliyimizin dünyaya təqdimatı oldu. Bu birlik sayəsində 44 gündə necə torpaqlarımızı işğaldan azad etdiksə, hazırda bu torpaqlarda genişmiqyası bərpa-quruculuq işlərini də davam etdiririk. Yeni dövrün bütün məsələlərini özündə ehtiva edən Yeni Azərbaycan Partiyasının yeni Proqramında da postmünaqişə dövrünün reallıqları öz əksini tapıb. Partiyanın ötən il VII qurultayının keçirilməsini şərtləndirən amillərdən biri məhz ilk Proqramda qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olduğumuz üçün yeni vəzifələrin müəyyənləşdirilməsi idi. Partiyanın “Yeni Azərbaycan uğrunda” devizini “Biz birlikdə güclüyük!” əvəzlədi. Böyük Qayıdış proqramının uğurlu icrasına dəstək partyanın Proqramında xüsusi yer alıb. 2030-cu ilədək dövr üçün ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərin Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənməsi, Fərmanı əsasında iqtisadi rayonların bölgüsünün yenidən aparılması bu ərazilərimizin inkişaf etdirilməsində hüquqi bazadır. İşğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini həyata keçirmək, soydaşlarımızın tam şəkildə Böyük Qayıdışını təmin etmək üçün bütün imkanlarımız mövcuddur. Reallıq budur ki, ölkə Prezidenti İlham Əliyev yeni dövrün tələblərinə uyğun olaraq idarəçilik sistemini təkmilləşdirir. Bu mənada Azərbaycanın inkişaf modeli nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırıb. Bu islahatlar prosesində Yeni Azərbaycan Partiyasının fəal iştirakı göz qabağındadır. Bütün hallarda əsas hədəf Azərbaycanı daha qüdrətli, güclü görmək, xalqın yüksək rifahını təmin etməkdir. 31 illik yola qısa baxış bu reallığın təsdiqidir ki, partiya qarşısına qoyduğu hər bir hədəfə zamanında nail olub. Bu isə öz növbəsində yeni hədəflərin müəyyənləşdirilməsinə yol açır. Möhtəşəm Zəfərimiz bütün sahələrdə təkmilləşməni bir zərurət kimi qarşıya qoyub. Yeni Azərbaycan Partiyasının siyasi sistemin təkmilləşdirilməsində rolu inkaredilməzdir. Dövlət başçısı İlham Əliyevin bu çağırışı bütün dövrlərdə atılan addımların əsas mahiyyətini təşkil edir. Belə ki, cənab İlham Əliyev daim bildirir ki, əldə edilən uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Yeni Azərbaycan Partiyasının üzvləri Ulu Öndərin dünənimizin, bugünümüzün və gələcəyimizin əsası olan ideyalarını təbliğ edir, Prezident, YAP Sədri İlham Əliyevin ətrafında sıx birləşərək yeni Proqramdan irəli gələn vəzifələrin yüksək səviyyədə icrasına çalışırlar. 31 illik yol gələcək barədə aydın təsəvvür yaradır. Partiyanın VII qurultayında yeni tərkib formalaşdı, qərarlar qəbul olundu. Bunların fonunda Prezident, YAP Sədri İlham Əliyev bu çağırışı səsləndirdi: “Partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir. Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın.”
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

