YAP Sumqayıt şəhər təşkilatının VII konfransı keçirilib
07.04.2012 [22:35]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının VII hesabat konfransı keçirilib. Azərbaycanın dövlət himninin səslənməsinin ardından konfrans iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla anıblar. Daha sonra YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev geniş hesabat məruzəsi ilə çıxış edib. A.İmaməliyev bildirib ki, yüksəliş və inkişaf yolunda olan Azərbaycan dövləti ötən il müstəqilliyinin 20 illiyini qeyd edib. Qısa zaman kəsiyində ölkəmizdə hər bir sahədə yüksək inkişaf əldə olunub. YAP Sumqayıt şəhər təşkilatının müvafiq fəaliyyəti dövründə partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin göstərişlərinə istinad edərək fəaliyyət göstərildiyini diqqətə çatdıran A.İmaməliyev ilk partiya təşkilatlarının fəaliyyətinin tənzimlənərək, keçirilən bütün tədbirlərin təşkilatçılıq məsələlərinə məsuliyyətlə, intizamla və mütəşəkkil yanaşıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, ötən dövr ərzində ilk partiya təşkilatları ilə intensiv əlaqələr saxlanılıb, geniş ictimaiyyətlə ünsiyyətdə olmağa diqqət verilib: “Partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından artırılması təşkilati işin vacib sahəsi kimi hər il diqqətdə saxlanılıb və 2008-ci ildə 922, 2009-cu ildə 615, 2010-cu ildə 664 nəfər, 2011-ci ildə 979 nəfər yeni üzv qəbul edilərək təşkilatın üzvlərinin sayı 2011-ci ildə 18 670 nəfərə çatıb. Hazırda YAP Sumqayıt şəhər təşkilatının 311 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Gənclərin partiyaya cəlb edilməsi və onların siyasi fəaliyyətinin artırılmasına qayğı ilə yanaşmaq təşkilati işin mühüm istiqamətindən biri kimi nəzərdə tutulub. 2011-ci ilin sonuna təşkilat üzvlərinin 8144 nəfərini gənclər, 8815 nəfərini qadınlar təşkil edib”.
Məruzə ətrafında YAP Sumqayıt şəhər təşkilatı Nəzarət-Təftiş qrupunun sədri Nigar Cəfərova, Qadınlar Şurasının sədri Nazilə Cəlilova, YAP Sumqayıt şəhər təşkilatı İdarə Heyətinin üzvü Vidadi Bağırov, millət vəkili Muxtar Babayev və başqaları çıxış edərək hesabat məruzəsini və ötən dövr ərzində YAP Sumqayıt şəhər təşkilatının fəaliyyətini qənaətbəxş hesab ediblər. Daha sonra çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, ölkəmizdə aparılan yenidənqurma və abadlaşdırma işində Sumqayıt xüsusi yer tutur. İcra Hakimiyyəti başçısı son bir ildə Prezident İlham Əliyevin Sumqayıta etdiyi iki tarixi səfəri xatırladıb və bunun dövlətimizin diqqət və qayğısından irəli gəldiyini önə çəkib. E.Əzizov qeyd edib ki, şəhərdə aparılan bütün işlərdə YAP üzvləri hər zaman xüsusi fəallıqları ilə seçiliblər.
Konfrans iştirakçılarını salamlayan YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, YAP bir neçə aydır ki, yerli təşkilatların hesabat yığıncaqlarını keçirir. Bu hesabatların həm də qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmağa imkan yaratdığını deyən millət vəkili Əli Əhmədov qeyd edib ki, YAP Azərbaycanda ictimai ovqatın, insanlarımızın arzularının dəqiq ifadəsidir: “20 il öncə Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında YAP yaranarkən Azərbaycan vətəndaşları həm Heydər Əliyevdən, həm də Ulu öndərin rəhbərliyi altında yaranan yeni partiyadan böyük, mütləq işlər görülməsini gözləyirdilər. Xalqın böyük gözləntiləri həm ümummilli lider Heydər Əliyevin fəaliyyəti, həm də yaratdığı partiyanın fəaliyyəti nəticəsində reallığa çevrildi. YAP-ın 20 illik fəaliyyəti haqqında fikir mübadiləsi aparmalı olsaq, qətiyyətlə deyə bilərik ki, bu fəaliyyətin nəticəsi müasir, yeni Azərbaycandır. Bu Azərbaycan bataqlıqdan, xaosdan, anarxiyadan çıxaraq müasir bir cəmiyyətə, məmləkətə çevrilib. İnsanların həyatında ciddi, əhəmiyyətli dəyişikliklər baş veribdir. Bu dəyişikliklər faizlərlə deyil, dəfələrlə ölçülür. İqtisadiyyatdan tutmuş insanların həyatının ayrı-ayrı sahələrinə kimi təhlil aparmalı olsaq, bu dəyişikliklərin miqyasının şahidi olarıq. Yenilik yalnız rəqəmlərdə deyil, hər bir insanın həyatında hiss olunur”.
YAP-ın İcra katibi bildirib ki, son 8 ildə ölkə iqtisadiyyatının 3 dəfə artması Azərbaycanı XXI əsrin iqtisadi möcüzəsi adlandırmağa əsas verir. Ə. Əhmədov qeyd edib ki, vətəndaşlarımız bu inkişafı öz yaşayışında da hiss etməkdədir: “Artıq insanlarımız yeni standartlarla yaşayır, tələbatlar dəyişib, artıb. Təbii ki, bu tələbatlara uyğun yeni bir inkişaf strategiyası müəyyənləşir və bu strategiya uğurla həyata keçirilməkdədir. Azərbaycanda insanların rifahının yüksəlişi xalqın öz hakimiyyətinə olan münasibətini açıq şəkildə həm müəyyənləşdirir, həm də ifadə edir. Bu gün ölkəmizdə əhalinin əksəriyyəti öz həyatından razıdırsa, güman edirəm ki, bu razılıq üçün ciddi əsaslar yaradılıb və bu da xalqımızın dövlətimizə, dövlətimizin başçısına olan münasibətini ifadə edir. Təbiidir ki, bu gün vətəndaşlarımızın mütləq əksəriyyətinin möhtərəm Prezidentimiz İlham Əliyevi dəstəkləməsi, dövlət başçısının həyata keçirdiyi siyasəti birmənalı şəkildə müdafiə etməsi insanlarımızın öz yaşayışından və bu yaşayışı yaradan hakimiyyətdən və hökumətdən razılığının ifadəsidir”.
Ə.Əhmədov qarşıda daha möhtəşəm vəzifələrin də durduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin bu vəzifələri aydın şəkildə müəyyənləşdirdiyini bildirən YAP-ın Sədr müavini-İcra katibi qarşıdakı 10 il ərzində ümumi daxili məhsulun 2 dəfə artırılması, insanların həyat səviyyəsinin ən azından iki dəfə artırılması, daha yeni həyat standartlarımızın müəyyənləşməsi, həyatımızın keyfiyyətində daha yeni standartların müəyyənləşməsi vəzifələrinin dayandığını önə çəkib: “Bu dəyişikliklərin baş verməsi üçün bütün imkanlar, o cümlədən, siyasi iradə, bu iradənin həyata keçirilməsi üçün strategiya müəyyənləşib. Bu mənada 2020-ci ilə hədəflənən strategiya xüsusi əhəmiyyətə malikdir. Biz qəti inanırıq ki, möhtərəm Prezidentimizin rəhbərliyi altında Azərbaycan cəmiyyətinin həyata keçirəcəyi işlərin nəticəsində bu, gerçəkliyə çevriləcək. 2012-ci ilin Azərbaycanı iqtisadi inkişaf baxımından 90-cı illərin əvvəlinin Azərbaycanından nə qədər fərqlənirsə, bu strategiya nəticəsində 2020-ci ilin Azərbaycanı bu günün Azərbaycanından o qədər fərqlənəcək. Bizim gələcəyə baxışımız kifayət qədər optimist hisslər üzərində qurulub. Bu inamı bizə verən Ulu öndər Heydər Əliyev ideyalarının möhkəm dayaqlara sahib olması, insanlarımızın bu ideyalara dərindən inanması, vətəndaşlarımızın ölkə Prezidentinə dərin inamı və sədaqəti, dəstəkləməsi və dövlət başçısının apardığı siyasəti birmənalı şəkildə dəstəkləməsidir. öz növbəsində YAP hər zaman xalqımızın ən fəal siyasi təşkilatıdır. YAP-ın gücü isə bu partiyaların sıralarında çoxlu sayda insanların birləşməsi ilə yanaşı, həmin insanların Heydər Əliyev siyasi xəttinə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamındadır. Bu mənada qarşıdan gələn dövr ərzində də bizim üzərimizə götürdüyümüz missiyanın və bu missiyanın reallaşması üçün həyata keçirəcəyimiz vəzifələrin gerçəkləşməsində YAP-ın hər bir üzvünün öz məsuliyyəti var. Mən güman edirəm ki, bizim hər birimiz bu məsuliyyəti dərk edirik və bu məsuliyyətə uyğun şəkildə fəaliyyət göstəririk, fədakarlıq nümayiş etdiririk”.
Daha sonra təşkilati məsələlərə baxılıb, A.İmaməliyev yenidən YAP Sumqayıt şəhər təşkilatının sədri seçilib. Bundan başqa şəhər təşkilatının şurası və İdarə Heyətinin də üzvləri seçilib. Daha sonra konfransın qətnaməsi oxunub, konfrans iştirakçıları adından YAP Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

