“Azercell”dən qadınların ictimai həyatda fəallığının artırılması ilə bağlı dörd layihəyə dəstək
02.11.2024 [08:53]
“Azercell” “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”nın qaliblərinə qrant ayırıb
Qadınların ictimai həyatda fəallığının artırılmasına yönəlik sosial layihə müsabiqəsinin final mərhələsi baş tutub. Layihələrin dəyərləndirilməsi zamanı münsiflər heyəti dayanıqlı, daha geniş sosial kütlələrə faydalı olan, eləcə də rəqəmsal inklüzivliyin təşviqinə, texnoloji həllər vasitəsilə həyat səviyyəsinin daha da yüksəldilməsinə töhfə verən layihələrə üstünlük verib.
Müsabiqəyə təqdim edilən 30-dan çox layihədən seçim şərtlərini ən yaxşı əks etdirən 5 layihə finala vəsiqə qazanıb. Təqdim olunan layihələr əsasən sahibkarlıq, təhsil və iqtisadi səlahiyyətlərin artırılması istiqamətlərini əhatə edirdi. Final mərhələsində iştirak edən qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının nümayəndələri münsiflər heyəti qarşısında layihələrinin əhəmiyyəti haqqında danışıblar.
Münsiflər heyətinin yekdil qərarı ilə dörd layihə qalib elan edilib. Müsabiqənin qalibləri:
∙ “Huma Quşu” Təhsilə Yardım Fondunun “Aztəminatlı ailələrdən olan istedadlı gənc qadınların bakalavr, magistr və PhD səviyyəsində STEM təhsilinə dəstək” proqramı;
∙ Şəki şəhərində fəaliyyət göstərən “Balans” İMİB-in “Qadın və biznes – Qadınların sahibkarlıq fəaliyyətinə dair biliklərinin təkmilləşdirilməsi üçün praktiki təcrübə proqramı”;
∙ “Məhkum qadınların ictimaiyyətə qayıdışı İB”in “Məhkum Sahibkar Qadın İcmaları”nın yaradılması layihəsi;
∙ “Alternativ Kommunikasiya və Tədqiqatlar İB”in kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılması üçün nəzərdə tutulmuş “FarmHER” layihəsi olub.
Ümumilikdə layihələrin həyata keçirilməsi üçün “Azercell” 30 min manat dəyərində qrant ayırıb.
Layihələrin qiymətləndirmə prosesinin şəffaflığını və obyektivliyini təmin etmək məqsədilə müsabiqəyə təqdim olunan təkliflər bu sahə üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilib.
“Azercell” bütün iştirakçılara müsabiqəyə göstərdikləri maraq üçün təşəkkür edir, qaliblərə isə layihələrinin həyata keçirilməsində uğurlar arzu edir!
Final mərhələsi haqqında video ilə tanış olmaq üçün:
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

