Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elanlar / “Bakcell”in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

“Bakcell”in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı

24.06.2026 [12:32]

“Bakcell” və “Peerstack Academy”nin tərəfdaşlığı ilə həyata keçirilən “SummerStack Bootcamp” proqramının açılış tədbiri keçirilib. Tədbir çərçivəsində iştirakçılar tədris proqramı, mentorluq mexanizmi və inkişaf imkanları ilə tanış olublar.

Tədbirdə “Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış edərək gənclərin inkişafına və rəqəmsal bacarıqların artırılmasına yönəlmiş təşəbbüslərin əhəmiyyətini vurğulayıb. O bildirib ki, “SummerStack Bootcamp” proqramı iştirakçılara proqramlaşdırma sahəsində möhkəm bilik bazası formalaşdırmaqla yanaşı, onları real layihələr və praktiki yanaşmalar vasitəsilə peşəkar inkişaf yoluna hazırlayır.

Qeyd edək ki, üç ay davam edəcək proqram iştirakçılara müasir proqramlaşdırma alətləri olan “Java” və “Python” ilə işləmək, texniki biliklərini dərinləşdirmək və layihəəsaslı öyrənmə mühitində təcrübə qazanmaq imkanı yaradacaq.

“Bakcell” innovasiya, rəqəmsal transformasiya və təhsil sahəsində inkişafı dəstəkləyən təşəbbüslərə töhfə verməklə ölkədə insan kapitalının gücləndirilməsinə və gələcəyin peşələri üçün ixtisaslı kadrların hazırlanmasına dəstək göstərməyə davam edir.

“Peerstack Academy”nin tələbəsi olmaq istəyənlər qeydiyyat üçün linkə daxil ola bilərlər.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

“Bakcell” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.

Paylaş:
Baxılıb: 81 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30