Bakı Kommünikesi...
17.05.2024 [10:34]
Azərbaycanın mövqeyi alqışlanır
Bu günlərdə kiçik ada dövlətləri sırasında yer alan Tuvalunun general-qubernatoru Falani Tofinqa, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolau və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audley qlobal iqlim məsələlərini, o cümlədən hər üç ölkənin COP29-la bağlı prioritetlərini müzakirə etmək məqsədilə Azərbaycanda səfərdə olublar. Prezident İlham Əliyev tərəfindən qəbul edilən nümayəndə heyəti Azərbaycanı COP29 Sədrliyi münasibətilə təbrik edərək, bu şərəfli və məsuliyyətli vəzifədə ölkəmizin səylərini dəstəklədiklərini bildiriblər. Üç dövlətin rəsmiləri görüşdən sonra Bakı Kommünikesini qəbul ediblər.
Kiçik ada dövlətləri üçün mövcudluq məsələsi
Bakı kommünikesində intensivləşən iqlim dəyişikliyinin yaratdığı təhdidlərə xüsusi diqqət çəkilib. Sənəddə iqlim dəyişikliyinin qaçılmaz təsirlərinin insanların yaşayışı, təhlükəsizliyi və rifahı üçün Dayanıqlı İnkişaf Məqsədlərinin, BMT-nin İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasının və Paris sazişinin məqsədlərinin həyata keçirilməsinə birbaşa təhdid olduğu bildirilir.
Kommünikedə ifadə olunan narahatlıq təsadüfi deyil. Güclü sənaye inkişafı və qlobal istiləçmə nəticəsində yaranan iqlim dəyişikliyinin təzahürləri və fəsadları getdikcə daha da artır. Təhdidlərin miqyası çox böyükdür. İqlim dəyişikliyinin təsirləri həyatın bütün sahələrində özünü büruzə verir. Açıq statistikaya əsasən planetimizdə son yüz il ərzində havanın illik temperaturu 1 dərəcə artıb. Ən dəhşətlisi odur ki, temperaturun 0,75 dərəcə artımı son onilliyə təsadüf edir. Yer üzündə həyatın tam məhv olması üçün isə temperaturun 10-15 dərəcə artması kifayətdir. Xəbərdarlıq edilir ki, əgər temperaturun artması belə davam edərsə, onda 130-200 ildən sonra Yerdə həyat mövcud olmayacaq.
Qlobal iqlim dəyişikliyindən bütün dünya təsirlənir. Okeanda dörd bir tərəfdən su ilə əhatə olunan kiçik ada dövlətlərində isə vəziyyət daha ciddidir. Okeanın ortasında bol su heç də xoşbəxtlik anlamında qəbul olunmur. Bu dövlətlər yüksək gəlirli ölkələr sayılsalar da, onlar tez-tez təbii fəlakətlərlə üzləşirlər. Yuxarıda bəhs etdiyimiz qəbulda bu barədə ətraflı bəhs olunub. Məsələn, itki və zərərlər məsələsi Tuvalu tərəfindən on ildən çoxdur ki, qaldırılır və yalnız keçən il bununla bağlı müəyyən razılığa gəlmək mümkün olub. Ötən il Nyu-Yorkda BMT Baş Assambleyasında müzakirələrdən sonra “Səyahətçilər klubu” ada dövlətlərinin təmsilçilərinə öz hesabatını təqdim edib. Təqdimatda əgər iqlim dəyişikliyinin yaratdığı problemin qarşısını alınmasa, 2070-ci ildə paytaxt şəhər Nassau və adaların hansı vəziyyətdə olacağı nümayiş etdirilib. Adanın 30 faizi suyun altında qalacaq. 2100-ci ildə isə 70 faiz su altında qalacaq.
Məsələ ondan ibarətdir ki, müxtəlif platformalarda iqlim dəyişikliyinin fəsadlarından və potensial təhlükələırindən danışılır, uzun-uzadı müzakirələr aparılır. Qərarlar isə gec qəbul olunur və yaxud adekvatlıq təşkil etmir. Ada dövlətləri üçün isə, necə deyərlər, zaman gözləmir. Yaranan problemlər onlar üçün mövcudluq məsələsidir. Buna görə də daha səmərəli tədbirlər görülməli, daha həssas yanaşma sərgilənməlidir.
Azərbaycan nəticəyə nail olmaq istəyir
İndiki şəraitdə dərk olunur ki, hər bir dövlət öz siyasətində dekarbonizasiya məsələlərini önə çəkməlidir. Bu mənada, məsuliyyətli dövlət olan Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişikliyi ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyən edilib. Ölkəmiz cari ildə COP29 tədbirinə ev sahibliyi edəcək. Hazırlıq işlərini yüksək səviyyədə aparılması respublikamızın iqlim dəyişikliyinə necə həssas yanaşdığını əyani şəkildə nümayiş etdirir.
O cümlədən Azərbaycan kiçik ada dövlətlərinin problemlərini yaxşı anlayır və onlara dəstək verməyə hazırdır. Həmin ölkələri təhdid edən məsələlərlə bağlı COP29 çərçivəsində də geniş müzakirələr aparılacaq. Ölkəmiz tərəfindən COP29 zamanı yüksək səviyyəli nümayəndələrin görüşünün təşkil olunması təklif edilib. “Düşünürük ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur” deyən Prezident İlham Əliyev bildirib ki, konfransda müzakirə olunacaq ən mühüm məsələ maliyyədir. Hazırda vəsaitlərin ayrılması üzərində fəal çalışmalar aparılır. Kommünikedə COP29 Sədrliyi çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür bildirilib, COP29-un inklüziv, şəffaf və neytral platforma olacağına əminlik ifadə edilib.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxElm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59

