Ali təhsilli ilk memarımız...
25.05.2024 [11:40]
Zivər bəy Əhmədbəyovun doğum günüdür
Yeganə BAYRAMOVA
Xalqımız incəsənətin bir çox sahələrində olduğu kimi, memarlıqda da görkəmli sənətkarlar yetişdirib. Onlar yaratdıqları bənzərsiz memarlıq abidələri ilə mədəni irs xəzinəmizə əvəzsiz töhfələr bəxş ediblər. Bu gün Bakını bəzəyən, Avropa və Şərq memarlıq ənənələrini özündə birləşdirən, dərin məzmunlu arxitekturası, möhtəşəmliyi ilə gözoxşayan bir çox tikililər haqqında danışacağımız memarın adı ilə bağlıdır. Söhbət Azərbaycanın ilk ali təhsilli memarı, görkəmli maarifçi, yaradıcılıq izləri nəinki Bakıda, həmçinin Şamaxıda, Vladiqafqazda naxışlanıb, əbədi sənət karvanına qoşulan Zivər bəy Əhmədbəyovdan gedir.
Bu gün görkəmli memarın anadan olmasından 151 il ötür. O, 1873-cü il mayın 25-də Şamaxı bəylərindən Gəray bəyin ailəsində dünyaya gəlib. Şamaxının tanınmış nəsillərindən olan Əhmədbəyovlar elmə, ədəbiyyata marağı ilə tanınırdı. Ailənin sonuncu övladının elmə meylli, istedadlı memar kimi yetişməsi də təsadüfi deyildi. Anası Töhfə xanımın təhsilli, musiqi, ədəbiyyat və poeziya həvəskarı olması da onun gələcək karyerasının formalaşmasına təsirsiz ötüşmədi. Beləliklə, musiqi, rəssamlıq, eyni zamanda fortepiano ifaçılığına həvəs göstərən balaca Zivər bəy artıq məktəb illərində qərar verir: memar olmaq, gözəl sənət nümunələri yaratmaq, qədim Şirvan memarlıq məktəbini, xalqımızın zəngin memarlıq ənənələrini yaşatmaq...
Mühüm layihələr ona etibar edilirdi...
Görkəmli memar orta təhsilini Şamaxıda alıb. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirən Zivər bəy memar diplomu ilə vətənə qayıdır. Gənc kadr ilk peşəkar fəaliyyətinə doğulub boya-başa çatdığı şəhərdən başlayır. 1902-ci ilin 31 yanvarında baş verən zəlzələ Şamaxını xarabazara çevirmişdi. Buna görə də o, bir müddət Şamaxıda qalıb şəhərin abadlaşması ilə məşğul olur. Məsələn, tamamilə dağılmış Cümə məscidi ilə yanaşı, digər tikililəri də yenidən bərpa edir. Nəticədə Şamaxı özünün normal şəhər həyatına qayıdır.
1907-ci ildə Bakıda başlanılan abadlıq işlərinə nəzarətçi təyin edilir. Həmin dövrdə Bakı sənaye şəhəri kimi inkişaf edirdi. Şəhərin memarlıq işləri xüsusi naxışları və ornamentləri ilə fərqlənirdi. Buradakı fərqlilik Avropa üslubu idi. Bu səbəbdən də paytaxtın qubernatoru və ali təbəqəsi şəxsi mülklərinin layihəsini məhz ona etibar edirdi.
Şərq-Qərb ənənələrinin sintezi...
Zivər bəy Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirirdi. Bakıda Oftalmologiya İnstitutunun binası və onun layihəsi ilə tikilən bir sıra yaşayış binaları bu gün də göz oxşayır.
1917-ci ilə qədər Bakı Quberniya İdarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləyən Zivər bəy həmçinin ictimai fəaliyyətlə də məşğul olurdu. Onun səyləri nəticəsində 1917-ci ildə “İslam mədəniyyət abidələrini qoruyan” cəmiyyət yaranır. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhərinin baş memarı vəzifəsində çalışıb. Həmin vəzifəni sovet hakimiyyəti illərində də - ömrünün sonuna qədər icra edib.
Möhtəşəm sənət yadigarları...
Bu gün Bakıya yaraşıq verən tikililərin sırasında Təzəpir məscidi xüsusi memarlıq üslubu ilə fərqlənir. Məscid məşhur Aşurbəyovlar nəslinin nümayəndəsi Nabat xanımın vəsaiti hesabına tikilib. O zaman Bakı milyonçularının Avropanın ən məşhur memarlarını Bakıya dəvət edib özləri üçün yaşayış binaları, bağ evləri tikdirdikləri halda, Nabat xanım məscidi məhz azərbaycanlı memara tikdirmək niyyətində idi. Bu memar isə gənc Zivərbəy idi. Amma müdrik qadın memarı yanına çağırıb niyyətini bildirdikdən sonra onu öz vəsaiti hesabına Şərq ölkələrinə göndərir ki, məşhur məscidlərin memarlıq üslubunu öyrənsin. Doğrudur, buna qədər artıq Zivər bəy Şamaxıda Cümə və İmam, Əmircanda Murtuza Muxtarov məscidlərinin memarı kimi şöhrət tapmışdı. Amma buna baxmayaraq, Nabat xanım Bakıda Şərqin ən möhtəşəm məscidlərinə bənzər məscid görmək istəyirdi. Zivər bəyi Məkkə və Mədinəyə, İstanbula Şərqin memarlıq inciləri sayılan məscidlərin memarlıq üslubu ilə tanış olmağa göndərəndə ona belə demişdi: “Oğlum, qoy o müqəddəs ocaqların ruhu sənə ilham versin. Bax, öyrən, ən yaxşısını seç! Xalqımızın adına layiq elə məscid tik ki, adı dillər əzbəri olsun”.
Beləliklə, Zivərbəy Şərqin zəngin məscid memarlığını mənimsəyərək geri dönür. İndi Nabat xanım Aşurbəyovanın arzuladığı məscidi tikmək olardı. Zivərbəyin layihəsi əsasında ən bacarıqlı sənətkarların iştirakı ilə Bakıda unikal memarlıq abidəsi - Təzəpir məscidi meydana gəlir. Məscidin 1905-ci ildən başlanan tikintisi 1914-cü ilə kimi davam etdi. Bu gün də Bakının memarlıq incilərindən Təzəpir əsrarəngizliyi ilə göz oxşayır.
Təkcə Bakıda deyil, Rusiyanın Vladiqafqaz şəhərində bir sıra yaşayış, məişət binaları da məhz Zivər bəy Əhmədbəyovun layihəsi əsasında inşa edilib.
Bizlərə gözəl sənət inciləri bəxş edən memar 1925-ci ildə Bakıda vəfat edib. 2011-ci ilin mayında Bakıda metronun “Nizami” stansiyasının qarşısında Prezident İlham Əliyevin iştirakı ilə Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. İstedadlı memarın heykəlinin məhz burada ucaldılması da təsadüfi deyil. Çünki metro stansiyasının sol tərəfində tikilən binanın müəllifi Z.Əhmədbəyovdur. Metronun qarşısından keçən küçə də Z.Əhmədbəyovun adını daşıyır. Bütün bunlar dövlətimizin və xalqımızın böyük memarın xatirəsinə dərin hörmətinin göstəricisidir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

