Azərbaycan minatəmizləmə sahəsində böyük təcrübə qazanıb
04.06.2024 [13:05]
Nüsrət Süleymanov: Azərbaycan bu təcrübəni eyni problemdən əziyyət çəkən digər ölkələrlə bölüşməyə hazırdır
Nardar BAYRAMLI
Hazırda Azərbaycan dövlətinin qarşısında dayanan əsas vəzifələrdən biri 30 il erməni işğalında olmuş və bu illər ərzində vəhşicəsinə dağıdılmış, talan edilmiş yurdlarımızı bərpa etmək, həmin torpaqlarımıza yenidən həyatı qaytarmaqdır. Lakin Ermənistanın 30 il ərzində törətdiyi cinayətlər sırasında ərazilərimizin kütləvi minalanması bu gün hələ də ən böyük təhdidlərdən biridir və bu da keçmiş məcburi köçkünlərimizin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəldir.
Dövlətimiz tərəfindən minatəmizləmə sahəsində böyük işlər görülür. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir və əsasən ölkəmizin daxili resursları hesabına aparılır.
Yeri gəlmişkən, “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda III Beynəlxalq Minatəmizləmə Konfransının yekununda çıxışı zamanı Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Nüsrət Süleymanov deyib ki, minatəmizləmə sahəsində böyük təcrübə qazanan və onu artırmaqda davam edən Azərbaycan bu təcrübəni eyni problemdən əziyyət çəkən digər ölkələrlə bölüşməyə hazırdır. Həmin bilik və təcrübəni əldə etmək bizə baha başa gəlib. Mina və partlamamış hərbi sursatların (PHS) ölümcül fəsadlarına toxunan Prezident Administrasiyasının nümayəndəsi bildirib: “Minalar və partlamamış hərbi sursatlar milliyyətindən asılı olmayaraq insanların həyatlarına son qoyur. Biz əbəs yerə onları ölüm toxumları adlandırmırıq. Onlar həm insanları, həm də planetimizi öldürür. Bu, su, hava və torpaq üçün, eləcə də həyatlarımız üçün ciddi təhdiddir. Dünyada konfliktlərin artdığı bir vaxtda biz müharibələrin fəsadlarına qarşı birlikdə mübarizə aparmalıyıq. Həmin fəsadlardan ən dəhşətlisi minalar və partlamamış hərbi sursatlardır. Bu konfransda təmsil olunan ölkələrin xalqları bu dəhşətli reallığı yaxşı bilir”.
Azərbaycanın bu il ev sahibliyi edəcəyi COP29-da da bu məsələnin diqqət mərkəzində saxlanılacağını vurğulayan Nüsrət Süleymanov qeyd edib: “Məlumdur ki, bu il Azərbaycanda COP29 konfransı keçiriləcək. COP29-a ev sahibliyi edən ölkə kimi biz bu konfransda iqlim dəyişikliyi məsələsi ilə yanaşı, mina problemini də qaldırmağı özümüzə borc bilirik. İqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün mina problemini həll etməliyik. Nyu-Yorkda keçiriləcək Gələcəyin Sammitini, Misirdə baş tutacaq Ümumdünya Şəhərsalma Forumunu (WUF12) və Bakının ev sahibliyi edəcəyi COP29 tədbirini səbirsizliklə gözlədiyimiz bir vaxtda bu iki çağırış arasındakı qarşılıqlı əlaqəyə diqqət çəkərək onlara qarşı mübarizə aparmaqda qətiyyətliyik”.
III Beynəlxalq Minatəmizləmə Konfransında minaların və partlamamış hərbi sursatların zərərləri və bu bəlaya qarşı uğurlu mübarizənin aparılması baxımından faydalı müzakirələrin aparıldığını qeyd edən Nüsrət Süleymanov bildirib: “Bu konfransın davam etdiyi iki gün bilik və təcrübə mübadiləsi aparmaq baxımından hamımız üçün faydalı keçdi. Konfrans həm bu problemin ciddiliyini qiymətləndirməyimiz, həm də çıxış yolu olduğunu dərk edərək səylərimizi gücləndirmək baxımından gözəl imkan yaratdı. Əminəm ki, gələn il yenidən görüşərək həm özümüz, həm də indiki və gələcək nəsillər üçün planetimizi daha təhlükəsiz və daha yaşıl məkana çevirmək istiqamətində əldə etdiyimiz nailiyyətləri müzakirə edəcəyik”.
Qeyd olunduğu kimi, mayın 30-31-də ölkəmizdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının keçirilməsi dünya ictimaiyyətinin diqqətinin bu problemə yönəlməsi baxımından böyük əhəmiyyət kəsb edir. Diqqət çəkən məqamlardan biri odur ki, konfransın ilk günü işğaldan azad edilmiş Zəngilan şəhərində keçirilib, tədbirdə beynəlxalq birliyə mühüm çağırışlar edilib. Bütövlükdə, konfrans ölkəmizin üzləşdiyi mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır. Tədbirdə ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndənin iştirak etməsi məsələnin önəminin göstəricisidir. İştirakçılar arasında bir sıra ölkələrin yüksəkvəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxslərinin iştirak etməsi onu göstərir ki, dövlətimiz Ermənistanın mina terroruna və bu terrorun törətdiyi fəsadlara beynəlxalq birliyin diqqətini cəlb edə bilib. Bütövlükdə, mina təhlükəsi ilə mübarizə istiqamətində qlobal həmrəylik nümayiş etdirmək üçün müvafiq beynəlxalq təşkilatlar Azərbaycana əməli dəstək verməlidir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

