/ / Pirallahı rayonunda “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni il böyük təntənə ilə qeyd edildi
Pirallahı rayonunda “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni il böyük təntənə ilə qeyd edildi
29.12.2025 [19:12]
29 dekabr 2025-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni-2026-cı ilin gəlişi münasibətilə təntənəli ümumrayon tədbiri keçirildi. “Gənclər” Parkında keçirilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, rayonun hüquq-mühafizə orqanlarının və idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak etdi.
Tədbir Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun rayon ictimaiyyətinə ünvanladığı təbrik nitqi ilə açıq elan olundu. Çıxışında RİH başçısı qeyd etdi ki, Azərbaycan xalqının müasir tarixində mühüm yer tutan hadisələr ölkəmizin bu günkü inkişafının əsasını təşkil edir. O xatırlatdı ki, 5 il öncə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə, 3 il öncə həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin olunmuşdur. RİH başçısı vurğuladı ki, məhz bu tarixi uğurların məntiqi davamı olaraq, cari ildə aparılan sülh danışıqları müsbət nəticə vermiş, sülh mətni paraflanaraq bölgədə uzunmüddətli sabitliyin və təhlükəsizliyin bərqərar olması istiqamətində mühüm addım atılmışdır. O bildirdi ki, bu proses Azərbaycanın regionda yeni siyasi reallıqlar formalaşdıran, sülhə və əməkdaşlığa əsaslanan siyasətinin bariz nümunəsidir. Çıxışında Vasif İmanov əldə olunan bu nailiyyətlərin Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin, eyni zamanda xalq–iqtidar birliyinin nəticəsi olduğunu xüsusi vurğuladı. Bu tarixi mərhələnin ölkəmizin gələcək inkişafına möhkəm zəmin yaratdığını bildirən RİH başçısı, sonda rayon ictimaiyyətini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edərək, hər kəsə cansağlığı, firavanlıq, əmin-amanlıq və qarşıdakı ildə yeni uğurlar arzuladı.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov tədbir iştirakçılarını qarşıdan gələn Yeni il münasibətilə təbrik edərək, hər kəsə cansağlığı və uğurlar arzuladı. O, Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinə əsaslanan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən inkişaf strategiyasını xüsusi vurğulayaraq, partiyanın ölkəmizin ictimai-siyasi həyatında aparıcı və həlledici rol oynadığını qeyd etdi. Emil Abasov bildirdi ki, son illər ərzində əldə olunan tarixi nailiyyətlər, xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, eləcə də xalq–iqtidar birliyinin parlaq təzahürüdür. O vurğuladı ki, bu uğurlar Yeni Azərbaycan Partiyasının əsas məqsədlərinə – güclü dövlət quruculuğu, firavan cəmiyyətin formalaşdırılması və davamlı inkişaf prinsiplərinin təmin edilməsinə tam uyğundur. Sonda YAP Pirallahı rayon təşkilatının sədri tədbir iştirakçılarını bir daha təbrik edərək, qarşıdakı dövrdə ölkəmiz və rayonumuz üçün yeni nailiyyətlər, sabitlik və əmin-amanlıq arzuladı.
Daha sonra tədbir bədii hissə ilə davam etdirildi. Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin və 14 saylı Uşaq Musiqi Məktəbinin yetirmələrinin, eləcə də tanınmış sənətçilərin ifasında musiqi nömrələri səsləndirildi. Yeni ilin rəmzləri olan Şaxta Baba və Qar qız tədbirə xüsusi bayram əhval-ruhiyyəsi, maraq və rəngarənglik qatdı.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30

