Əməkhaqqı artımı insan kapitalına investisiyadır
20.03.2026 [19:42]
Ədalət Muradov
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət qulluqçularının əməkhaqlarının artırılması və yeni əməkhaqqı modelinə keçidlə bağlı qəbul edilən qərar dövlət idarəçiliyinin keyfiyyətcə yeni mərhələyə keçidini ifadə edən sistemli islahatdır. Son illərdə Azərbaycanda dövlət idarəetmə sistemində institusional dəyişikliklər, rəqəmsallaşma və şəffaflığın artırılması istiqamətində ardıcıl addımlar atılır. Yeni əməkhaqqı siyasəti bu islahatların məntiqi davamı kimi çıxış edir. Əməkhaqqı strukturunun sadələşdirilməsi, müxtəlif əlavələrin vahid maaş sisteminə inteqrasiyası dövlət qulluğunda daha aydın, ölçülə bilən və sabit mexanizmin formalaşmasına imkan yaradır. Bu dəyişikliklər idarəetmədə motivasiya, məsuliyyət və nəticəyönümlülük kimi əsas prinsipləri gücləndirir.
Qeyd edilməlidir ki, dövlət qulluqçularının əməkhaqqı artımı birbaşa və dolayı olaraq bir neçə mühüm sahəyə sistemli təsir gücünə malikdir.
Birincisi, dövlət sektorunun rəqabət qabiliyyətinin artması özəl sektorla münasibətdə daha sağlam balans yaradır. Bu, yüksək ixtisaslı mütəxəssislərin dövlət sektoruna yönəlməsini stimullaşdırır və dövlət xidmətində insan kapitalının keyfiyyətini artırır.
İkincisi, əməkhaqqı artımı alıcılıq qabiliyyətini yüksəldərək daxili tələbi artırır. Bu isə bir sıra sahələrdə, xüsusilə xidmət və ticarət sektorlarında canlanmaya səbəb olur.
Ücüncüsü, sosial sabitlik və orta təbəqəni gücləndirir. Dövlət qulluqçularının rifahının yaxşılaşması orta gəlirli təbəqənin möhkəmlənməsinə xidmət edir.
Dördüncüsü, yeni modelin ən mühüm tərəflərindən biri onun şəffaflığı gücləndirməsi və korrupsiyaya qarşı preventiv təsir potensialıdır. Əmək haqqının şəffaf və adekvat olması dövlət qulluqçularının qeyri-rəsmi gəlir axtarışına motivasiyasını azaldır.
Beynəlxalq təcrübə də bunu təsdiqləyir. Məsələn, yüksək qiymətləndirilən Sinqapur modelində dövlət qulluqçularının maaşlarının özəl sektor səviyyəsinə yaxınlaşdırılması nəticəsində bu ölkə uzun illərdir korrupsiya indekslərində lider mövqelərdədir. Eyni zamanda Honq-Konq təcrübəsi də göstərir ki, maaş artımı korrupsiya şikayətlərinin azalması ilə müşayiət olunur. Bir sözlə, əməkhaqqı siyasəti ilə korrupsiya səviyyəsi arasında əlaqə nəzəriyyə və praktikada da təsdiqlənir.
Beləliklə, dövlət qulluqçularının əmək haqqlarının artırılması qərarı iqtisadi, sosial, idarəetmə, etik baxımdan əsaslandırılmış və doğru qərardır.
İqtisadi baxımdan. Əgər dövlət idarəçiliyinin keyfiyyəti yüksəlirsə, bu iqtisadi artıma müsbət təsir edir. Yəni bu, sadəcə xərclərin artımı deyil, investisiya kimi dəyərləndirilməlidir.
Sosial baxımdan. Uzunmüddətli dövrdə daha effektiv dövlət xidmətləri bütün cəmiyyətə fayda verir. Gənclər üçün dövlət xidmətinin cəlbediciliyi yüksəlir.
İdarəetmə baxımından. Bəllidir ki, keyfiyyətli dövlət idarəçiliyi ucuz başa gəlmir. Əksinə, zəif idarəetmənin iqtisadiyyata vurduğu zərər daha böyükdür. Verilmiş qərar nəticəsində dövlət qulluğunda peşəkar kadrların sayı artacaq ki, bu da bütövlükdə peşəkarlıq səviyyəsini və dövlət xidmətlərinin keyfiyyətini yüksəldəcək.
Xüsusilə qeyd etmək lazımdır ki, bu siyasət təkcə regional deyil, qlobal tendensiyalarla da uzlaşır. Belə ki, beynəlxalq səviyyədə dəstəklənən yanaşmalarda da dövlət sektorunda əməkhaqqı sistemlərinin sadələşdirilməsi və performans əsaslı modellərə keçid əsas prioritetlərdən biridir. Estoniya, Latviya, Sloveniya və digər ölkələrdə həyata keçirilmiş oxşar islahatlar göstərir ki, dövlət qulluqçularının maaşlarının artırılması və nəticədə sistemin daha da şəffaflaşdırılması dövlət sektorunun effektivliyini əhəmiyyətli dərəcədə yüksəldir.
Etik baxımdan. Ədalətli əməkhaqqı dövlət qulluqçusunun məsuliyyətinə uyğun ödəniş almasını təmin edir. Bu, idarəetmədə etik davranış standartlarını gücləndirir.
Dövlət qulluqçularının maaşlarının əhəmiyyətli dərəcədə artırılması ölkəmizdə təhsil və elmin inkişafına da təsiri gözləniləndir. Belə ki, dövlət sektorunda daha yüksək maaşlar təhsilli və bacarıqlı kadrların ölkədə çalışmasını stimullaşdırır. Dövlət qurumlarında analitik, tədqiqat və strateji düşüncə tələb edən vəzifələrə daha güclü mütəxəssislər cəlb olunacaq. Bu isə qərar qəbuletmə prosesinin elmi əsaslarının güclənməsinə gətirib çıxaracaq. Dolayısı ilə bu siyasət universitetlərdə təhsilin keyfiyyətinə də təsir edəcək, çünki bazards daha keyfiyyətli məzunlata tələb artacaq.
Beləliklə, dövlət qulluqçularının əməkhaqqının artırılması strateji idarəetmə qərarıdır. Bu addım dövlətin insan kapitalına yatırdığı investisiyadır və dövlətin insan kapitalına verdiyi dəyərin bir daha göstəricisidir. İnanıram ki, bu qərar daha effektiv, şəffaf və güclü idarəetmə modelinin formalaşmasına güclü təsir göstərəcək. Bu baxımdan, qəbul edilən qərar həm iqtisadi məntiqə, həm beynəlxalq təcrübəyə, həm də müasir dövlətçilik prinsiplərinə uyğun olaraq əsaslandırılmış və perspektivli siyasət addımıdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22

