“Şagirdlərin çantaları qələbədən bəhs edən kitablarla dolacaq”
19.07.2022 [10:36]
MÜŞFİQƏ
Barıt rəngində idi siniflərin lövhəsi,
Bir soyuq divarında xəritəmiz yanırdı.
Şagirddən, işğal olmuş torpağı soruşanda,
Hər doğru cavabına müəllim utanırdı.
Lövhələr təbaşirlə ağardıldı bir səhər,
Xəritə çiçək açdı, soyuq divar isindi.
Çantalara yığıldı qələbə kitabları,
Səhər dərsə oyanan uşaqlar da sevindi.
Cavid Qasımov bu misralarla ürəyimizə yol tapdı. Şuşada keçirilən Vaqif Poeziya Günlərində səsləndirdiyi şeiri ilə ölkə gündəminə çevrildi. “İgidlərin sözü” kompozisiyası zamanı Vətən müharibəsi iştirakçısı olmuş şairlərin sırasında həmsöhbətim də vardı. Cavidi tanımayanlar üçün deyək ki, o, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin Bədii yaradıcılıq fakültəsini bitirib. Teatrlaşdırılmış tədbirlər rejissoru və aktyorudur. Hazırda Lənkəran şəhərində yaşayır.
Gənc şairin sözlərinə görə, şeirin səs-sorağa səbəb olması və bəyənilməsinə səbəb hamımızın ortaq ağrısını dilə gətirməyi idi: “”Məktəbli çantası” şeirinin müəllifi özüməm. İşğaldan azad olunmuş Şuşa şəhərində şeirimin oxunması özü bir qürurvericidir. Onun mənə verdiyi fəxr hissini heç nə əvəz edə bilməz. Mən də bir zamanlar məktəbli idim. Şeirdəki şagird kimi məktəbli çantasını çiynimdə daşıyırdım. “Əvvəl ağır gələrdi məktəbli çantaları, dünyanın ağır yükü uşaqlara düşürdü. Kitablara yazılan alınmayan qisaslar, məktəbli uşaqların belini də bükürdü” - deyə içimdəki yanğını dilə gətirmək istəmişəm. Nə xoş ki, qəhrəman oğullarımızın sayəsində bu şeir xoşbəxt sonluqla “Götürüldü qisasla çiyinlərdən yükləri” misrası ilə bitdi. Çox sevinirəm ki, məndən sonra dünyaya gələn uşaqlar qələbəmizdən bəhs edən dərslikləri oxuyacaqlar. Onlar gələcəyə daha inamlı addımlarla irəliləyəcəklər. Zəfər çalmış xalqının şücaəti, qəhrəmanlığı ilə böyüyəcəklər. Düşünürəm ki, şeirin bu dərəcə sevilməsinə səbəb də budur. Ortaq ağrımız və ortaq sevincimiz...”
Balaca və sevincdən qanadlanan şagird Cavidin özü-uşaqlığı idi. Qəmgin notlarla başlayan şeiri şaha qalxırdı. Artıq gənc şairin qələmi daha itilənmiş, daha xoşbəxt misralara can atırdı:
Bu günə saxlanılmış sevinc göz yaşılarıyla
Varaqdan qan izləri sətir - sətir yuyuldu,
Götürüldü qisasla çiyinlərdən yükləri,
Onu nə göylər aldı, nə də yerə qoyuldu.
Dünən bir uşaq gördüm məktəbə tələsirdi,
Soruşdum ki, əzizim, kitabların ağırdı?
Gülə-gülə söylədi: Əvvəl ağır olanda,
Məktəbəcən böyüklər özləri aparırdı!
“Keçən il Zəfər Günündə səsləndirdiyimiz “Pəncərə” adlı şeirim də böyük maraqla qarşılanmışdı. Düşünürəm ki, müharibə haqqında yazdığım ən gözəl şeir odur. Yaradıcılığımı qəzəl janrına sərf etmişəm. Bir kitab dolusu şeirlərim var, amma kitabım yoxdur. Kitab çap etdirməməyimə səbəb hələ ki öz oxucumun olmamasıdır. Artıq həm keçmişimiz xoşbəxtdir, həm də sabahımız” - deyə C.Qasımov söyləyib.
Xəbər lenti
Hamısına baxHərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06

