STM hesabat verdi
27.07.2022 [10:00]
Sosial Tədqiqatlar Mərkəzində (STM) Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifovanın iştirakı ilə qurumun 2022-ci ilin birinci yarım illiyinin yekunlarına həsr olunan yığıncağı - hesabat iclası keçirilib.
Sosial Tədqiqatlar Mərkəzindən bildirilib ki, tədbiri giriş sözü ilə açan STM-in İdarə Heyətinin sədri Zahid Oruc görüşün məqsədinin Mərkəzin elmi-analitik və tədqiqat işlərinin dövlətimizin cari və strateji mənafeləri, tapşırıqları ilə uzlaşması vəziyyətinə qiymət vermək olduğunu deyib. Qeyd edib ki, eyni zamanda, beyin mərkəzlərinin geniş profil və miqyasda hərtərəfli fəaliyyətinə nəzər salmaq, xüsusilə Vətən müharibəsində parlaq Qələbədən sonra regional və beynəlxalq məkanda baş verən sürətli dəyişikliklərə dair qərarqəbuledicilərin STM qarşısında qoyduqları vəzifələrin icrasına dair hesabat hazırlamaqdır.
O, dövlətimizin başçısı tərəfindən yaradılan qurumun fəaliyyətində data əsaslı idarəçilik konsepsiyasına verilən töhfələri sadalayıb. Dövri olaraq müxtəlif mövzularda ictimai rəyin öyrənilməsi, sosial dinamikanın və aparıcı tendensiyaların ölçülməsi, proqnozlaşdırılması sahəsində görülən işlərdən bəhs edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Mərkəzin əməkdaşları ilə keçirilən ötən görüşdə qaldırılan məsələlərin yüksək keyfiyyətlə və ciddi məsuliyyətlə icra edildiyinə diqqət çəkib, STM-in özünəməxsus dəst-xəttinin olduğunu, təqdim edilən sənədlərin xüsusi diqqətlə təhlil edildiyini vurğulayıb. Eyni zamanda, aidiyyəti dövlət qurumlarına göndərilən sənədlərin diqqətlə araşdırıldığını və fəaliyyətləri üçün zəruri olan təklif, rəy və siyasət tövsiyələrinə həssaslıqla yanaşıldığını qeyd edib.
H.Hacıyev qurumun fəaliyyətinin cari və gündəlik hadisələr əsasında deyil, dövlətimizin və xalqımızın həyati mənafeləri, sosial-siyasi gündəliyi və 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni regional-beynəlxalq tendensiyalar əsasında qurulduğunu xüsusi vurğulayıb. Qonşu ölkələrdə analoji tendensiyaların daha yaxından izlənilməsi və müqayisəli təhlillərin aparılması, yeni milli ideologiyanın və siyasi kimliyin formalaşmasında Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli fəaliyyətdən bəhs edən Hikmət Hacıyev tədqiqat mərkəzlərinin üzərinə düşən vəzifələrin geniş spektrini göstərib. Xüsusilə Qarabağda daimi sülhün bərqərar edilməsinə və Böyük Qayıdış istiqamətində tarixdə misli görünməmiş quruculuq işlərinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyinə, eləcə də itkin düşən şəxslər və mina problemləri ilə əlaqədar dövlətimizin başçısının beynəlxalq miqyaslı fəaliyyətinə diqqəti çəkən Hikmət Hacıyev siyasi institutların əsas öhdəliklərini xatırladıb.
Prezidentin köməkçisi qurumun fəaliyyətinə müsbət qiymət verməklə yanaşı, Mərkəzin qarşısında dayanan mühüm vəzifələri də qeyd edib.
Daha sonra Mərkəzin təmsilçilərinin müxtəlif rəy və təklifləri dinlənilib, belə görüşlərin dövri əsasda keçirilməsi qərara alınıb.
Xəbər lenti
Hamısına baxSosial
27 İyun 15:48
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03

