Yaşamağa dəyər!
16.08.2022 [10:48]
Azərbaycanın həyat standartları yüksək səviyyədədir
Günel ABBAS
Demoqrafik proseslər və immiqrasiya bir ölkədə yaşam standartlarının hansı səviyyədə olmasından xəbər verir. Ona görə də müvafiq qurumlar tərəfindən bu məsələlər nəzarətdə saxlanılır və məlumatlar ictimaiyyətlə paylaşılır. Dövlət Statistika Komitəsinin 11 avqust tarixli məlumatına əsasən, ölkə əhalisinin sayı ilin əvvəlindən 29418 nəfər və ya 0,3 faiz artaraq 2022-ci il iyul ayının 1-i vəziyyətinə 10185784 nəfərə çatıb. Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib. Əhalinin tərkibində kişi və qadınların xüsusi çəkiləri isə dəyişməz qalıb. Cari ilin birinci yarısında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1215 nəfər gələn, Azərbaycandan isə 442 nəfər gedən qeydə alınıb. Qeyd olunub ki, miqrasiya saldosu ölkə üzrə müsbət 773 nəfər təşkil edib.
Ən yüksək yaşayış səviyyəsinə malik yerlərin və daha yaxşı standartlara malik yerlərin seçilməsi böyük əhəmiyyət kəsb edən meyarlar sırasındadır. Ölkəmizə yaşamaq üçün gələnlərin bu ölkədən gedənlərin sayından çox olmasının özünün də obyektiv səbəbləri var. Əvvəla, ölkəmizdə sosial rifah, sabitlik, asayiş qorunur. Region ölkələrinə və əhalinin həyat standartlarına nəzər saldıqda bu inkişafı görmək çətin deyil. Statistikaya yenidən nəzər saldıqda ölkəni tərk edənlərin hər birinin şəxsi məsələlərlə əlaqədar olduğunu görə bilərik.
Azərbaycanda uzunmüddətli yaşamağa gələnlər bu qərarı əbəs yerə vermirlər. Əvvəlcə turist kimi ölkəmizə səyahət edənlər yaşam tərzini, şəhərlərdəki müasirliklə təbiiliyin vəhdətini müşahidə edirlər. Ən önəmlisi dövlət orqanları tərəfindən daim nəzarətdə saxlanılan asayişin və bütün mənfi hallarla yüksək səviyyəli mübarizə üsulları xaricdən gələnləri Azərbaycanda uzun müddət qalmağa sövq edir.
Həyat səviyyəsinin yüksək olduğu bir ölkədə iş imkanlarının da yaxşı olduğunu qeyd etmək lazımdır. İmmiqrasiya prosesində ölkə daxilində insanların bir-birinə olan hörmətinin də xüsusi əhəmiyyəti var. Turist kimi ölkəmizi ziyarət edənlərin əksəriyyəti yenidən öz ölkələrinə qayıtdıqda bu səmimiyyəti başqa heç bir yerdə görə bilmədiklərini xüsusi vurğulayırlar. Xaricdən gələnlərə qonaqpərvər yanaşmalar immiqrasiyanı sürətləndirən amillərdən biridir. Digər və ən önəmli səbəblərdən biri də Azərbaycanın özünəməxsus, dillər əzbəri olan kulinariyasıdır. Azərbaycan mətbəxinin dünya kulinariyasında öz çəkisi var. Müxtəlif bölgələrimizə xas olan xörəklər ölkəmizdən ayrılandan sonra da qonaqların xoş təəssüratda qalmasına və buraya yenidən qayıtmasına, uzunmüddətli yaşamasına şərait yaradır.
Təbii ki, önəmli faktorlar arasında gücünü dünyaya sübut etdiyimiz müzəffər Ordumuz da var. Bir ölkənin qorunması və Ordusu nə qədər güclüdürsə, orada yaşamaq daha rahat və arzuolunandır. Bu məqamda ölkəmizin digər region ölkələri ilə müqayisədə olduqca yuxarı səviyyədə olan iqtisadi gücünü qeyd etməsək, olmaz. Nəzərə almaq lazımdır ki, müharibədən çıxdıqdan 1- 2 il sonra heç bir ölkədə iqtisadi vəziyyət bu qədər yaxşı ola bilməzdi. Azərbaycan bu gün dünyada həm iqtisadi gücünü, həm də siyasi arenada söz sahibliyini qoruyan ölkədir. Siyasi, iqtisadi və hərbi proseslərin dünyada qəliz şəkildə cərəyan etdiyi zamanda xarici vətəndaşların Azərbaycan kimi bir ölkədə yaşamağı seçməsi təəccüblü deyil, əksinə onların özü üçün əlverişlidir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

