Almaniya və Azərbaycan şirkətləri əczaçılıq sahəsi üzrə əməkdaşlığı müzakirə edib
22.08.2022 [16:31]
Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 22-23 avqust 2022-ci il tarixlərində əczaçılıq sahəsi üzrə fəaliyyət göstərən alman şirkətlərindən ibarət nümayəndə heyətinin Azərbaycana iki günlük işgüzar səfərini təşkil edib.
Palatadan “APA-Economics”ə verilən məlumata görə, iki gün davam edəcək proqramın ilk günü, 22 avqust tarixində, əczaçılıq sahəsində fəaliyyət göstərən 5 Almaniya və 10 Azərbaycan şirkəti AHK Azərbaycanın Konfrans Zalında "Azərbaycan üçün alman əczaçılıq məhsulları" üzrə təqdimat tədbirində bir araya gəlib. İştirak edən alman nümayəndələr tədbir iştirakçılarını alman şirkətlərinin fəaliyyəti, layihə və təkliflərinin tanıdılması, əməkdaşlıq imkanlarının müzakirəsi və regionda planlaşdırılan fəaliyyətləri ilə yaxından tanış edib.
Məlumata görə, tədbirdə AHK Azərbaycanın İcraçı direktorunun müavini, cənab Fabian Zittlau və Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirinin müavini cənab Heiko Schwarz rəsmi açılış nitqi ilə bütün iştirakçıları salamlayıb və iştirakçıları Azərbaycanda baş verən son hadisələr və mövcud bazar tendensiyaları haqqında məlumatlandırıb.
Açılış nitqinin ardınca, alman şirkətlərinin rəhbərləri aşağıdakı mövzular üzrə qısa təqdimatla çıxış edib və iştirakçılara praktiki məlumatlar verib: Beynəlxalq Əczaçılıq Təchizatında B2B Həllər, Onlayn Aptek Necə Qurulmalı (Əsas Müvəffəqiyyət Faktorları və Maneələr), Biznesiniz üçün Ağıllı Saxlama və Yerləşdirmə Həlləri, Avtomatlaşdırma – İstehsalat – İntralogistika, Əczaçılıq Sənayesi və Topdansatış üçün Logistik Məsləhətçilik. Tədbir müzakirələr və şəbəkədaxili danışıqlar şəraitində yekunlaşıb.
İşgüzar səfərin ikinci günü, 23 avqust tarixində, nümayəndə heyəti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyiylə, eləcə də ölkənin müxtəlif qurumları və şirkətləriylə görüşlər keçirəcək və öz həll yollarını təqdim edəcək.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

