Bu il daha 100 təcili tibbi yardım avtomobili alınacaq
26.09.2022 [11:35]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi son illərdə tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması, habelə tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirir.
Agentlikdən verilən xəbərə görə, görülən əhəmiyyətli işlərdən biri stasionar tibbi xidmət göstərən dövlət tibb müəssisələrində qəbul şöbələri və təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının fəaliyyətlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Yenilik çərçivəsində Qəbul şöbələrinin bazasında xəstələrə hərtərəfli xidmət göstərilməsinin mümkün olduğu Təcili və təxirəsalınmaz tibbi yardım şöbələri yaradılır. Avropa ölkələrinin təcili yardım xidmətindəki uğurlu təcrübəsi əsasında yaradılan bu şöbə triaj (təcili yardım xidmətində tibbi müdaxilənin prioritetləşdirilməsi) sisteminin qurulması ilə fərqlənir. Qeyd edək ki, pasiyentlər bu şöbəyə birbaşa müraciət əsasında qəbul olunur və ya Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən çatdırılır. Bu yeniliyin başlıca məqsədi xəstəxanaların stasionar və ambulator şöbələrinin iş yükünü azaltmaq və kadr potensialından səmərəli istifadəni təmin etməkdir.
Agentliyin həyata keçirdiyi digər tədbir isə çağırış qəbul edən təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının fəaliyyətinin yaxşılaşdırılması ilə bağlıdır. Belə ki, stansiyaların və bölmələrin gündəlik xəttə çıxan briqadalarının fəaliyyəti çağırışların intensivliyinə uyğun olaraq tənzimlənir. Məlumat üçün bildirək ki, 2022-ci ilin ilk 7 ayı ərzində icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri 896 184 təcili və təxirəsalınmaz tibbi yardım çağırışı qəbul edib. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bu xidmətin göstərilməsində 513 briqada iştirak edib.
Bundan başqa, Agentlik tibb müəssisələrini 2020-ci ildə 184, 2021-ci ildə 65 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edib. 2022-ci ildə isə daha 100 avtomobilin alınması nəzərdə tutulur. Qeyd edək ki, avtomobillərdən 15-i perinatal təyinatlıdır və yenidoğulmuşlara ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün tibbi avadanlıq və küvəz aparatları ilə təchiz olunublar. Hazırda istifadədə olan avtomobillərin tibbi avadanlıqla təchizatının yaxşılaşdırılması istiqamətində də davamlı işlər həyata keçirilir.
İcbari tibbi sığortanın mərhələli tətbiqinə uyğun olaraq, 2020-ci ildən etibarən Agentlik tərəfindən dövlət tibb müəssisələrinin təcili və təxirəsalınmaz tibbi yardım şöbələrində çalışan tibb və qeyri-tibb heyətinin işçilərinin vəzifə maaşlarına 2 dəfə artım əmsalının tətbiq edilməsi ilə bağlı qərar qəbul edilib. Qeyd edək ki, bu qəraradək sözügedən artım yalnız təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının tibb və qeyri-tibb heyətinə şamil olunurdu. Eyni zamanda, 2022-ci ilin 1 iyunundan etibarən təcili və təxirəsalınmaz tibbi yardım şöbələrinin və stansiyalarının həkimləri üçün 250 manat məbləğində sabit həvəsləndirici əlavələr müəyyən olunub.
Yəni, Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Təcili və təxirəsalınmaz tibbi yardım həkimlərinin aylıq vəzifə (tarif) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilir. 468+468+250=1186 manat.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

