Genofondumuzun düşməni
03.12.2022 [10:45]
Ombudsmandan qadınlar arasındakı narkotik aludəçiliyinə münasibət
Günel ABBAS
Narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Vaxtilə bu problemə diqqət yetirilməməsi, ictimai təhlükəliliyinin lazımi dərəcədə qiymətləndirilməməsi nəticəsində narkomaniya yoluxucu xəstəlik kimi insanlar, xüsusən də gənclər arasında yayılıb. Məsələnin bir acınacaqlı tərəfi də var. Narkotik qəbul edən kişilərin sayı artdığı kimi, qadınların da sayında artımlar var. Lakin statistik göstəricilərə nəzər salsaq, görərik ki, qadınların sayı kişilərdən dəfələrlə azdır. Xatırladaq ki, son zamanlar həm narkotikdən istifadə edən, həm də narkotiki sosial şəbəkələrdə təbliğ edənlərin sayı artıb. Artıq qadınlar da narkotik vasitələrdən yan keçə bilmirlər. Narkotik vasitələr isə qadın və kişilərdə eyni cür narahatlığa səbəb olur. Ümumiyyətlə, bunlar hər bir şəxsin orqanizmi üçün ziyanlıdır. Qadın və ya kişi olmasının fərqi yoxdur. Narkotik maddələr toksiki təsir göstərir. Beyində mübadiləni pozur, problemlər yaradır. Psixi pozuntulara yol açır. Bütün orqan və toxumaların fəaliyyətini korlayır.
Müasir dünyada narkomaniya ona qarşı yeni mübarizə üsullarının yaranmasından daha sürətlə yayılır. Ona görə də bu bəla ilə sistematik profilaktik mübarizə aparılması çox vacibdir. Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Sevindirici haldır ki, bu gün hər bir dövlət orqanı və qurumu, eləcə də müvafiq təşkilatlar üzərinə düşən vəzifələri tələb edilən səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə tam nail olmağa töhfələr verməyə çalışırlar ki, bu da təbii olaraq müsbət nəticələrini göstərməkdədir.
Narkomaniyanın xüsusilə qadınlar arasında yayılması da dövləti və aidiyyəti qurumları narahat edən məsələlərdən biridir. Bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərindən birində çıxış edən Ombudsman Səbinə Əliyeva qadınlar arasında narkomaniyanın yayılması məsələsinə diqqət çəkib. O bildirib ki, qadınlar bizim gələcək genofondumuzun təməlində duran şəxslərdir: “Narkomaniya və məişət zorakılığı aktual mövzudur. İnsan həyatı üçün ciddi təhlükə yaradan, sağlamlıq, hüquqların pozulması kimi nəticələri çıxaran narkomaniya sosial inkişafa neqativ təsir göstərir. Burada maarifləndirmə işinin gücləndirilməsi, yeni üsulların tətbiqi mühüm rol oynayır. Mənim üçün ən ağır məsələlərdən biri qadınlarımız arasında narkomaniyanın geniş yayılmasıdır. “Ana”, “qadın” obrazını cəzaçəkmə müəssisəsində görəndə şok keçirirəm. Onlara hər zaman deyirəm ki, neçə ananı gözüyaşlı qoymusunuz, bunu düşünürsünüzmü? Bu suala cavab tapa bilmirəm. Biz birlikdə işçi qrup yaradaraq çalışmalıyıq ki, bu hallar baş verməsin”.
Onun sözlərinə görə, narkomaniya da bir yoluxucu xəstəlikdir: “Bu xəstəlik zəncirvaridir. Narkomaniya ilə mübarizədə cəmiyyət olaraq hər birimizin məsuliyyəti var. Bir çox hallarda biz ictimai müzakirə edirik. Amma burada ictimai qınaq olmalıdır. 2021-ci ildə 5603 nəfər narkomaniya xəstəliyindən əziyyət çəkir.
Yeni sintetik narkotik vasitələr daha sürətlə yayılır. Bu maddələrdən istifadə edən şəxslər daha aqressiv olur. Bu, tək bir ailənin deyil, həm də bir nəslin faciəsidir. Narkomaniya və digər zərərli vasitələrə düçar olan şəxslərin ailələrində məişət zorakılığı özünü büruzə verir”.
Ombudsman əlavə edib ki, qadınlar arasında narkomaniyaya aludəçilik halları çoxalıb: “Uşaqların gözü önündə psixoloji zorakılıq baş verdikdə bu, onlara mənəvi zərbə vurmaqla yanaşı həyatlarına da ciddi təsir edir: “Bir çox hallarda belə ailələrdə intihar halları ilə rastlaşırıq. İstər narkomaniya, istərsə də məişət zorakılığının artmasında sosial şəbəkələrin mühüm rolu var. Bu nüans nəzərə alınaraq zorakılıq halları olan məlumatlar dərc edilərkən daha həssas yanaşılmalıdır. Bu istiqamətdə sosial şəbəkələrdə və internet saytlarında davamlı monitorinq aparılmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

