Araşdırma aparılmalıdır
17.01.2023 [10:48]
Türkiyəli ombudsman: Qərbi azərbaycanlıların vətənlərinə qayıtmaları qanuni haqlarıdır
“Azərbaycan haqlı mübarizəsi ilə Qarabağda hərbi münaqişəyə son qoydu, amma diplomatik mübarizə davam edir. Qərbi azərbaycanlıların öz vətənlərinə dönmələri də, diplomatik yolla mümkün ola bilər. Bu, onların qanuni haqlarıdır”.
“Yeni Azərbaycan”ın Türkiyə bürosuna açıqlamasında bu fikirləri Türkiyəli ombudsman Celile Özlem Tuncak bildirib.
Ombudsmanın fikrincə, 1988-ci ildə Qərbi Azərbaycandan didərgin düşmüş Azərbaycan türklərinin öz yurd-yuvalarına qayıtması zəruridir və bunun üçün də diplomatik danışıqlara ehtiyac var: “İkinci Qarabağ savaşı müddətində Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərliyi ilə biz Gəncədə, Bərdədə olduq, Ermənistan tərəfindən edilən haqsız hücumların, Azərbaycan dövlətinin və vətəndaşlarının hüquq pozuntusu ilə üzləşdiklərini üzüntü ilə izlədik. 30 illik işğaldan sonra Azərbaycan qələbə çaldıqdan sonra da biz Şuşaya, Qarabağa gedib Ermənistanın törətdiyi müharibə cinayətlərinin bir daha şahidi olduq. Dağıdılıb viranə qoyulan əraziləri, məhv edilən tarixi abidələr, ətraf mühitə verdiyi zərərlər, minalanmış yerlər haqqında hesabatlar hazırlayıb beynəlxalq aləmə çatdırdıq, dünyanın hər yerində olan ombudsman həmkarlarımızı bu insan hüquqlarının pozulması faktları ilə xəbərdar etdik. Hər qatıldığımız beynəlxalq toplantılarda da bu faktları beynəlxalq ictimaiyyətə açıqlayırıq. Təbii ki, biz ombudsman olaraq hüququn yanındayıq. Və tək ombudsmanlar deyil, hər bir insana haqq uğrunda mübarizəyə dair məsuliyyət düşür. Yəni diplomatik danışıqlar yolu ilə Qərbi azərbaycanlıların vaxtilə yaşadıqları dədə-baba torpaqlarında da belə bir araşdırma aparmaq mümkündür. Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları qədər eyni hüquqa malik olduqları kimi, Qərbi azərbaycanlılar da Ermənistan vətəndaşları qədər eyni hüququ daşımalıdırlar”.
Celile Özlem Tuncak onu da bildirib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində Türkiyə qardaşının yanında olduğu kimi, Qərbi azərbaycanlıların vətənlərinə dönmək istəyində də soydaşlarının yanında olacağına inanır: “Sevindirici olan odur ki, Türkiyə və Azərbaycan dövlətinin, dövlət başçılarının, xalqının, ordusunun birliyi olduğu kimi, ombudsmanlığı da eyni mövqedədir. Biz beynəlxalq tədbirlərdə Türkiyə qədər Azərbaycanı da önəmsəyirik. Ona görə də ümid edirəm ki, Azərbaycan necə 30 illik mübarizəsinin nəticəsini 44 gün ərzində zəfərlə taclandırdı, eləcə də danışıqlar masasında da öz prinsipial mövqeyinə nail olacaq. Biz də soydaşlarımızın öz vətənlərində yaşamaq haqqını müdafiə etmək üçün tarixi faktlara əsaslanmaqla, beynəlxalq hüququn tələblərini təkrarlatmaqla yanaşı, beynəlxalq ictimaiyyətə bunu doğru şəkildə çatdırmalıyıq. Yəni bütün bunların da yolu yenə də vurğulamaq istərdim ki, diplomatik danışıqlardan keçir”.
Sevil Hilalqızı Ünal,
Ankara
Xəbər lenti
Hamısına baxDünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37

