İki dəfə Sovet İttifaqı Qəhrəmanı...
24.01.2023 [10:54]
Həzi Aslanovun anım günüdür
İkinci Dünya müharibəsi bəşər tarixində ən qanlı savaş sayılır. 50 milyondan çox insanın həyatına son qoyan bu savaş faşizmə qarşı çarpışan qəhrəmanlarını da yetişdirdi. Onlardan biri Azərbaycan övladı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovdur.
Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunun Gərmətük qəsəbəsində doğulub. İbtidai təhsilini şəhər 1 saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə işləyib, sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-30-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovski adına III Bessarabiya süvari diviziyasında taqım komandiri təyin olunub.
Müharibəni Ukraynada qarşıladı
Onda Ukraynada xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə özünü bacarıqlı zabit kimi göstərdi. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə onun başçılığı ilə 35-ci tank briqadası düşmənə ağır zərbələr endirdi. Aslanovun tankçıları vuruşa-vuruşa 40 kilometrdən artıq yol gedib Stalinqrad Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxarmışdılar. Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstəriblər.
1944-cü il avqustun 1-də Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizləyir. Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı zabit kimi göstərmişdi. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdı. İki dəfə Qırmızı Ulduz, 3 dəfə Qırmızı bayraq, Aleksandr Nevski, İkinci dərəcəli Suvorov Ordeni, 1-ci dərəcəli Vətən Müharibəsi ordeni və saysız medallarla təltif edilmişdi.
Müəmmalı ölüm
Həzi Aslanov 24 yanvar 1945-ci ildə Mitava şəhəri yaxınlığında müəmmalı şəraitdə həlak olur. 24 yanvar 1945-ci ildə Həzi Aslanov zabitlərin müşayiəti ilə cəbhə xəttini yoxlayan zaman qəflətən onun durduğu yerdə ardıcıl olaraq mina partlayır. Yaralanmış generalı həkim-sanitar rotasına gətirirlər. Hadisənin şahidi olan 35-ci həkim-sanitar xidmətinin komandiri mayor Georgi Beqişvili qeyd edir ki, gətirilən zaman Həzi Aslanov huşsuz olub. O, sağ böyrək ətrafından ağır zədə almışdı. Çoxlu qan itirən generala Beqişvili donorluq edir və onun qanını Həzi Aslanova köçürürlər. Şahidlər qeyd edirlər ki, Həzi Aslanovun olduğu yer döyüş əməliyyatlarından xeyli uzaq olub. Minanın orada hansı şəraitdə partlaması indiyə qədər aydınlaşmayıb.
47 il gecikən fərman
Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən 47 il sonra, 1991-ci ildə çatır... Bunun öz səbəbləri vardı. 1944-cü ilin iyulunda 3-cü Belarusiya cəbhəsinin komandanı, ordu generalı İ. Çernyaxovski Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilməsi ilə bağlı sənəd imzalayır. Lakin bu sənəd müəmmalı səbəblərdən ünvanına çatmır. Bu məsələni araşdıran əməkdar incəsənət xadimi, kinorejissor-ssenarist, Mədəniyyət və İncəsənət Universitetinin professoru Musa Bağırovun sayəsində Həzi Aslanovla bağlı sənəd tapılır.
1983-cü ildə Azərbaycan televiziyasının sifarişi ilə M.Bağırov Həzi Aslanov barədə film çəkir. (General haqqında ilk filmini o, 1967-ci ildə çəkib). Filmin baxışında iştirak edən veteranlarla görüş zamanı ilk dəfə olaraq Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunması barədə məlumat səslənir.
Musa Bağırovun araşdırmaları nəticəsində bəlli olur ki, 28 iyun 1944-cü ildə Həzi Aslanovun 35-ci tank briqadası sürətli hücumla Berezina çayını keçərkən düşmən bunu əngəlləyə bilir. Həzi Aslanov ağlasığmaz qərar qəbul edir - əsas qüvvələrin gəlməyini gözləmədən avtomatçılar batalyonu və bir qrup partizanla sürətlə hücuma keçərək düşmən qarnizonunu darmadağın edir və Plesnitsa şəhərini azad edir. Bununla da ordunun Berezina çayını bütün cəbhə boyu keçməsi üçün şərait yaranır. Bundan sonra Aslanov ilk olaraq qəfil zərbə ilə Vileykanı azad edir. Bu hücum nəinki alman, elə sovet komandanlığı üçün də gözlənilməz olur.
Belorusiya cəbhəsinin komandanı, marşal Vasilevski Stalinə Vileyka şəhərinin azad olunması barədə raport verərkən Həzi Aslanovun rəhbərliyini xüsusi olaraq qeyd edib. Bu şücaətinə görə Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilir.
Günel
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

