/ / İsrail Təhlükəsizlik Akademiyası: Azərbaycan səfirliyinə qarşı törədilən terror hücumu ən ağır cinayətdir
İsrail Təhlükəsizlik Akademiyası: Azərbaycan səfirliyinə qarşı törədilən terror hücumu ən ağır cinayətdir
31.01.2023 [10:27]
İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“Terror və qətl etmək bütün səmavi dinlərdə, yəni hər 3 dində qadağan olunmuş‚ günah və cinayət əməlidir. Terrorun dili, dini, irqi yoxdur. Terror birmənalı olaraq ən ağır cinayət əməli və bağışlanmaz günahdır. Elə İslam dinində də terror və qətl etmək ən ağır günah sayılır. Dilindən, dinindən və irqindən asılı olmayaraq terror törədən, günahsız insan qanı axıdan, qətl edən hər kəs kafirdir, lənətlənməlidir.
Hüquqi tərəfdən isə bütün beynəlxalq hüquq tendensiyalarına və qəbul edilən beynəlxalq konvensiyalara görə terror törədən şəxs ən ağır və ən təhlükəli cinayətkar hesab edilir.
Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş xain terror əməli də ən ağır cinayət əməlidir. Səfirlik binası diplomatik ərazidir, həmin ölkəyə məxsusdur və həmin əraziyə icazəsiz, zorla daxil olmaq beynəlxalq qanunlarla qəti qadağandır. Həmçinin səfirlik əməkdaşlarına silahlı hücum edərək qətl etmək və bütün əməkdaşları öldürməyə çalışmaq, bu səbəblə bir neçə şəxsi ölümcül yaralamaq qanlı terrordur və mövcud dünya qanunları ilə ən ağır cinayət əməlidir. Bu hadisə təkcə səfirlik əməkdaşlarına qarşı törədilmiş cinayət hadisəsi yox, eyni zamanda bütövlükdə həmin ölkəyə qarşı törədilmiş əməldir.
Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş qanlı terror aktı qətiyyətlə pislənməli və lənətlənməlidir. Bu qanlı terror əməlinin arxasında mütləq ki‚ hansısa mənfur və məkrli qüvvələr dayanır. Bu ağır cinayəti törədənlər və bu cinayəti planlayanlar ən ağır şəkildə cəzalandərılmalıdır.
İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi olaraq bu qanlı terror hadisəsini şiddətlə pisləyirik.
Azərbaycan xalqına, dövlətinə, terror hadisəsi zamanı həlak olan səfirlik əməkdaşının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu ifadə edirik”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

