Bələdiyyələrin səlahiyyətləri artırılır?
16.02.2023 [10:12]
Milli Məclisdə bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzə dinlənilib
Günel ABBASOVA
Fevralın 15-də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılıb. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
İclasda çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycanda bələdiyyələrin qanuna uyğun fəaliyyətinin qurulması, qanunun aliliyini rəhbər tutması və s. məsələlərə tam nəzarət həyata keçirilir: “Qanun pozuntusu olduqda belə aidiyyəti qurumlar mövcud problemlərin aradan qaldırılması istiqamətində işlər görür”.
Sənəddə qeyd edilib ki, inzibati nəzarət tədbirləri çərçivəsində, ümumilikdə, 14 min hektar torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.
Nəticədə 1 045 hektar torpaq sahəsinin mülkiyyətə, 12 043 hektar torpaq sahəsinin icarəyə, 1 hektar torpaq sahəsinin isə istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib, bütövlükdə 13 089 hektar (2021-ci illə müqayisədə 44 % çox) torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. 911 hektar torpaq sahəsi ilə bağlı təklif və iddialar isə baxılmaqdadır.
Ötən illərlə müqayisəli aparılan təhlillər göstərir ki, bələdiyyələrin fəaliyyətində rast gəlinən pozuntular əsas etibarilə bələdiyyə torpaqlarının idarəedilməsi, maliyyə vəsaitlərindən istifadə, şəffaflıq və hesabatlılığın təmini, bələdiyyə idarəçiliyi (təkbaşına idarəetmə, icra aparatının düzgün təşkil edilməməsi və s.) və digər məsələləri əhatə edir.
Sənəddə qeyd edilib ki, Qobustan rayonu Qobustan, İmişli rayonu Bəcirəvan, Sabirabad rayonu Qaralar və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb. Həmçinin Bakı şəhəri Xətai, Abşeron rayonu Masazır, İmişli rayonu Qulubəyli, Biləsuvar rayonu Ağalıkənd və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində toplanmış sənədlər aidiyyəti üzrə istintaq orqanlarında baxılmaqdadır.
Bildirilib ki, yerli özünüidarəetmə sahəsində qanunçuluğun təmini məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyə fəaliyyətində rast gəlinən qanun pozuntuları, o cümlədən korrupsiya ilə əlaqədar hüquqpozmaları yaradan səbəblər təhlil edilərək ümumiləşdirilir, nəticələrinə uyğun tədbirlər həyata keçirilir, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanır.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov müzakirə zamanı çıxış edərkən bir sıra məsələlərə toxunub. Nazir müavini bildirib ki, ən mühüm məsələlərdən biri bələdiyyələrin maliyyə resurslarının zəif olması ilə bağlıdır: “Qanunvericilikdə bununla bağlı imkanlar var. Əslində olan isə bələdiyyələrin bəzən mövcud imkanlardan düzgün istifadə edə bilməməsidir. Nəticədə bu onların maliyyə imkanlarının artırılmasına maneə olur. Daha bir məsələ isə bələdiyyələrin ərazilərində olan vergi obyektlərinin siyahısının olmamasıdır. Bu siyahı dəqiq olsa, oradan lazımi vergilər yığılar və sonradan israfının qarşısı da alınar. Bələdiyyələrin səlahiyyətlərinin artırılması istiqamətində işlər görülür. Bu gün ölkədə fəaliyyət göstərən bələdiyyələrin inkişafı və təkmilləşdirilməsi xeyli işlər görülməlidir. Bu sahədə ildən-ilə yeni problemlərlə qarşılaşırıq. Məruzədə də bu məsələlər qeyd olunub”.
O vurğulayıb ki, qəbiristanlıqların bələdiyyələrə tam təhvil verilməsi hələ başa çatmayıb: “Bunun da bir neçə səbəbi var. Regionlarda və bir çox kəndlərdə qəbiristanlıqların sənədlərin, xəritələrin, pasportların olmaması gecikməyə səbəbdir”.
V.Zahirovun sözlərinə görə, bu gün elə bələdiyyə sədrləri var ki, doğrudan da prinsipiallıq edərək müstəqil fəaliyyət göstərirlər: “40-a yaxın bələdiyyə sədri haqqında məhkəməyə iddia ərizəsi vermişik. Çünki həmin bələdiyyə sədrləri özlərini tam müstəqil hesab edərək bizim verdiyimiz müəyyən təklifləri qəbul etmirlər”, - deyə o qeyd edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17

