“Ramştayn” görüşündə...
16.02.2023 [10:58]
Ukrayna üçün növbəti hərbi dəstək paketi təsdiqlənib
N.BAYRAMLI
Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun - “Ramştayn” formatının doqquzuncu görüşündə əsas mövzu tərəfdaş ölkələrin rəsmi Kiyev üçün tankların tədarükü və sursat ehtiyatının formalaşdırılması, eləcə də aviasiya məsələsi olub. Sursat üçün təhlükəsizlik marjasının formalaşdırılması, Ukrayna ordusu üçün təlim proqramları, logistika, texniki xidmət də müzakirə edilən məsələlər sırasındadır.
ABŞ-ın gələn həftə Ukraynaya böyük hərbi yardım paketini açıqlayacağı gözlənilir və bu zaman Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq oluna bilər. “The Washington Post” qəzetinin yazdığına görə, Bayden administrasiyası Kiyevə daha 10 milyard dollarlıq birbaşa büdcə yardımını təsdiqləmək üçün Konqreslə işləyir və gələn həftə daha bir böyük hərbi yardım paketini, eləcə də Kremlə qarşı əlavə sanksiyalar elan edəcəyi gözlənilir. Fevralın 14-də isə Brüsseldə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun - “Ramştayn” formatının növbəti görüşündə ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib ki, səkkiz ölkə Ukraynaya Almaniya istehsalı olan “Leopard” tankları verəcək. Bundan əlavə, ABŞ və Çexiya artıq Polşadan alınan əlavə T-72 tankları göndərəcək. Müdafiə naziri vurğulayıb ki, artıq onlarla ölkə “tank koalisiyasına” qoşulub. Onun sözlərinə görə, Almaniya, Polşa, Kanada, Portuqaliya, İspaniya, Norveç, Danimarka və Niderland “Leopard tanklarını”, ABŞ və Çexiya isə digər silahları təhvil verəcək. Digər ölkələr də sursatların tədarükünə kömək etməyə razılaşıblar. Lakin Llyod Ostin bu hərbi yardımların təfərrüatlarını və vaxtını açıqlamayıb. Tərəfdaş ölkələr Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstəyini davam etdirəcəklər. Müttəfiqlər Ukraynaya yazda əks-hücuma keçməyə kömək vəd ediblər.
Lloyd Ostin Qərbin Kiyevi təcili hava hücumundan müdafiə sistemləri ilə təmin etməsi barədə də danışaraq Ukraynaya verilən hava hücumundan müdafiə sistemlərinin hələlik kifayət etmədiyini, ABŞ-ın onları artırmaqda israrlı olduğunu söyləyib. “Biz bilirik ki, Rusiyanın xidmətdə xeyli sayda döyüş təyyarəsi var. Ona görə də Ukraynanın mümkün qədər ən çox hava hücumundan müdafiə qabiliyyəti ilə təmin olunması üçün əlimizdən gələni etməliyik” - deyən Pentaqon rəhbəri qeyd edib ki, ABŞ, Almaniya və Niderland Ukraynanı Amerika istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək. Öz növbəsində Fransa və İtaliya “SAMP/T” hava hücumundan müdafiə sistemlərini təhvil verəcəklər.
Polşanın müdafiə naziri Mariuş Blaşçak isə Almaniya istehsalı olan “Leopard” tanklarının ilk partiyasının Ukraynaya mart ayında çatdırılacağını deyib. Polşanın Ukraynaya hərbi və humanitar yardımlar etdiyini deyən M.Blaşçak qeyd edib ki, eyni zamanda, Polşa ordusu gücləndirilir və müasir texnika ilə təchiz olunur. Polşanın Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayan Blaşçak, “Leopard” tanklarının Ukraynaya çatdırılması ilə bağlı koalisiyaya yeni ölkələrin də qatılacağını diqqətə çatdırıb.
Slovakiya isə “MiQ-29” qırıcılarının Ukraynaya təhvil verilməsi üçün danışıqlara başlayıb. Bu barədə ölkənin Baş naziri Eduard Heqer məlumat verib. O bildirib ki, Ukrayna tərəfindən “MiQ-29” tədarükünə dair rəsmi müraciət aldıqdan sonra hökumət bu məsələ ilə bağlı danışıqlara başlayıb. Qeyd edilib ki, qırıcılarla bağlı müraciət Ukrayna Prezidenti Volodimir Zelenskinin ötən həftə Brüsselə səfəri zamanı edilib və Slovakiya hökuməti
təyyarələrin müqabilində təzminat verilməsi üçün Avropa Komissiyası ilə ilkin danışıqlara başlayıb. Qeyd edək ki, üç dəfə hökumətə rəhbərlik etmiş keçmiş Baş nazir və müxalifət liderlərindən biri Robert Fitso (Smer-SD partiyası) Ukraynaya qırıcıların verilməsinə qarşıdır. Smer-SD uzun müddətdir ki, Ukraynaya silah tədarükünə qarşı çıxır və anti-Rusiya sanksiyalarını tənqid edir, Ukraynaya mümkün qırıcı təyyarələrin tədarükünü Konstitusiyaya zidd və ölkənin müdafiə qabiliyyətini məhdudlaşdıran addım hesab edir. Digər müxalifət partiyalarından birinin rəhbəri və vaxtilə Baş nazir postunu tutmuş Peter Pelleqrini (Hlas-SD) isə Ukraynaya silah və hərbi avadanlıq tədarükünü rədd etməyib, lakin bunu NATO müttəfiqlərinin birgə qərarı kimi şərtləndirib.
Ötən ilin avqust ayında sovet silah sənayesinin istehsalı olan “MiQ-29” qırıcıları yekun olaraq Slovakiyanın hərbi arsenalından çıxarılıblar və bunun əvəzində ABŞ istehsalı “F-16” qırıcılarının tədarükünü gözləyən Slovakiyanın hava məkanının müdafiəsini Polşa və Çexiya Macarıstanla birlikdə öz üzərlərinə götürüblər. Qırıcı təyyarələrin Ukraynaya təhvil verilməsi ilə bağlı müzakirələr bu ilin sentyabrında keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi mübarizənin bir hissəsinə çevrilə bilər. Ukraynaya hərbi yardımla bağlı mövzu həm hökumət, həm də müxalifət partiyaları üçün mühüm məsələyə çevrilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

