4 ayaqlı “ev sakini”
17.02.2023 [11:11]
Sığalı sevirlər, xumarlanırlar...
Şahanə
Bu gün onların bayramıdır... Özləri dərk etməsə də, “dost”ları bu bayramı qeyd edirlər. Söhbətin kimdən, yaxud nədən getdiyini yəqin ki, təxmin etmədiniz. Amma bu varlıqlar çoxumuzun sevimli ev heyvanıdır. Evə rahatlıq, enerji gətirən və sığallanmağı sevən pişiklərdən yazacağıq.
Uzun zaman deyil, 18 il əvvəl qeyd olunmağa başlasa da, artıq demək olar ki, bir çox ölkələrdə pişiksevərlər tərəfindən qeyd olunur bu gün. 17 fevralda insanları evsiz pişiklər haqqında məlumatlandıraraq, onları qorumağa, qayğı göstərməyə dəvət edirlər.
Pişiklər haqqında maraqlı faktları təqdim edək: Bu dostlarımız ilk dəfə Yaxın Şərqdə eramızdan əvvəl 7500-cü ildə əhlilləşdirilib. Pişiklərin əhlilləşdirilməsinin qədim Misirdə başlandığı düşünülür. Hətta Misirdə bu canlılar toxunulmazlıq hüququna malikdirlər. Səbəb isə o dövrdə pişiklərin anbarlarda olan taxılı siçanlardan qorumaları idi. Misirdə pişiyə bağlılıq o qədər güclü idi ki, pişiyi ölən evdə yas qurular, ev sakinləri yas əlaməti kimi qaşlarını qırxardı. Müasir dövrdə qəribə gəlsə də, misirlilər öldüyü zaman pişiyi də mumyalanaraq yanında dəfn edilirmiş. Buna görə də pişiklər ölü dünyasında qoruyucu hesab olunur.
Hərəkətləri qədər fizioloji quruluşları da maraqlıdır. Pişik bədənində 230 sümük var. Bığları sinir sistemi ilə bağlantılıdır. Pişik dilinin üzərindəki çıxıntılar vasitəsilə həm tüklərini təmizləyir, həm də su içməsinə kömək edir.
Neapolitan axınının sahilində yerləşən Vezuviya adlanan yerdə elə bir insan yoxdur ki, evində pişik olmasın. O yerlərdə tez-tez vulkan püskürdüyündən pişiklərin birinci evdən qaçdığını görən ev sahibləri təhlükə olduğununu bilirlər. Hətta 2-ci Dünya Müharibəsi zamanı evlərə bomba düşmək riski artdığında ilk olaraq evdən pişiklər qaçırdı. İnsanlar onun şahidi olublar ki, bombanın yaxınlaşdığını göstərən cihazdan qabaq bunu pişiklər hiss edirlər. Burdan qənaətə gəlirik ki, onlar şüurun olmaması ilə fərqlənsə də, hissiyyatıyla seçilirlər...
Nəinki insanların, heyvanların da qayğıya ehtiyacı var. Çalışaq ki, sahiblənməsək də, şiddət göstərməyək, bir qab yeməyi onlara çox görməyək.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17

