Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Lənkəranda 71 yaşlı qadın öldürülüb, evindən 5000 manatlıq pul və qızıl aparılıb

Lənkəranda 71 yaşlı qadın öldürülüb, evindən 5000 manatlıq pul və qızıl aparılıb

17.02.2023 [12:43]

Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, ilkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5 000 manat pul və qızıl zinət əşyaları talanıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Paylaş:
Baxılıb: 402 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31