Doktoranturaya imtahan verənlərə ŞAD XƏBƏR!
20.04.2023 [10:39]
Qəbul qaydasında dəyişiklik...
Yeganə BAYRAMOVA
Doktoranturaya qəbul qaydasında dəyişiklik edilib. Belə ki, “Cambridge English Qualifications” beynəlxalq dil sertifikatına malik olanlar doktoranturaya qəbul zamanı xarici dil üzrə imtahandan azad olunacaqlar. Bununla bağlı Nazirlər Kabineti “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edib.
Qeyd edək ki, doktoranturaya qəbul olmaq istəyənlər rus dili istisna olmaqla, xarici dildən (seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən imtahan verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı AMEA və Naziriklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.
Mövcud dəyişiklik barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, indiyə qədər xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına, yəni, IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG-a malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunublar. Dəyişikliyə əsasən, bu sıraya “Cambridge English Qualifications” beynəlxalq dil sertifikatı əlavə edilib: “Bu dəyişiklik Nazirlər Kabinetinin qərarına əsasən, “Doktoranturaya qəbul qaydaları”nın 3-cü bəndinin 10.1-ci maddəsində əks olunub. Məlumdur ki, doktoranturaya qəbul imtahanı DİM tərəfindən həyata keçirilir və mərkəz tərəfindən keçirilən xarici dil imtahanında qeyd etdiyim standartlar üzrə beynəlxalq dil sertifikatı olanlar imtahandan azad edilirlər. Bu dəyişiklik təbii olaraq xarici dildən imtahan verənlərin sayına təsir etmiş olacaq. Eyni zamanda, bütün bunlar doktoranturya qəbul prosesinin bir növ asanlaşmasına şərait yaradacaq. Təbii olaraq, “Cambridge English Qualifications” və yuxarıda qeyd etdiyim digər beynəxalq standartlara aid sertifikatı olan şəxslərin əlavə olaraq xarici dil üzrə imtahan verməsinə ehtiyac yoxdur. Bu baxımdan mövcud dəyişikliyin doktoranturaya imtahan verəcək şəxslər üçün müsbət amil olduğunu söyləyə bilərik”.
Xəbər lenti
Hamısına baxElm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Sosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05

