Gözləntilər və perspektivlər...
31.10.2023 [10:10]
İranda lll Xəzər İqtisadi Sammiti keçiriləcək
Günel ABBAS
Məlum olduğu kimi, əhəmiyyətli əməkdaşlıq formatı olan Xəzər İqtisadi Sammitinin gələn ay İranda üçüncü toplantısı keçiriləcək. Toplantıda Xəzəryanı ölkələrin Baş nazirlərinin iştirakı da gözlənilir.
Xəzər hövzəsinin qlobal iqtisadi münasibətlər sistemində oynadığı rolu nəzərə alsaq, sammitin əhəmiyyəti daha parlaq şəkildə əks olunar. Belə ki, bu müzakirələr hövzənin təhlükəsizliyi ilə paralel olaraq əməkdaşlıq məsələsinin də həllinin vacibliyini özündə əks etdirir. 2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra qarşılıqlı faydalı əməkdaşlıq imkanları da artdı. Bu mənada Xəzər İqtisadi Forumu bir əməkdaşlıq formatı kimi maraq doğurur. Birinci İqtisadi Forumda Xəzəryanı ölkələrin yüksəksəviyyəli təmsilçiləri ilə yanaşı, bir sıra dövlətlərdən qonaqların da iştirak etməsi belə əməkdaşlıq formatının qlobal səviyyədə ciddi dəstək qazana biləcəyini göstərir.
Azərbaycan da öz növbəsində bu kimi fəaliyyətlərə yüksək qiymət verir. Eyni zamanda, ölkə rəhbərliyi həmin istiqamətdə fəal addımlar atır, bununla qarşılıqlı hörmətə və etimada əsaslanan hər bir əməkdaşlıq formatına tam açıq olduğunu nümayiş etdirir. Bu kontekstdə Azərbaycanın kifayət qədər təcrübəsi və hazırlığı da mövcuddur.
Milli Məclisin üzvü Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Xəzəryanı ölkələrin əməkdaşlığının gücləndirilməsi vacibdir: “Bu kontekstdə Xəzər İqtisadi Sammitinin keçirilməsi bütövlükdə Xəzəryanı ölkələr arasında əməkdaşlığın gücləndirilməsi imkanlarının və potensialının daha yaxından qiymətləndirilməsi, eyni zamanda bu istiqamətdə fikir mübadiləsinin aparılması aspektindən vacibdir. Ümumiyyətlə, Xəzəryanı ölkələrin əməkdaşlığının gücləndirilməsi, regionun inkişafına töhfə verən faktorlardandır. Azərbaycan hər zaman Xəzəryanı ölkələrlə əməkdaşlığın gücləndirilməsində maraqlıdır və bu istiqamətdə hər zaman öz təkliflərini, töhfələrini təqdim edib.
Türkmənistanla birgə yatağın işlənməsi ilə bağlı əldə edilən razılıq və bu istiqamətdə atılan addımlar, eyni zamanda digər Xəzəryanı ölkələrlə əməkdaşlığın gücləndirilməsi ilə bağlı aparılan müzakirələr də bu töhfələrin, görülən işlərin göstəricisidir. Azərbaycanın mövqeyi məhz inkişaf etmiş, stabil və sülh şəraitində Xəzəryanı ölkələr arasında əməkdaşlığın gücləndirilməsidir. Ona görə burada bir sıra iqtisadi məsələlər, o cümlədən Xəzəryanı ölkələr arasında əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunacaq. Bu baxımdan sammit Xəzəryanı ölkələrin əməkdaşlığının gücləndirilməsinə töhfə verəcək. Nəticə etibarilə, xüsusən bəzi Xəzəryanı ölkələr arasında olan fikir ayrılıqlarının, o cümlədən yataqlarla bağlı fikir ayrılıqlarının müzakirəsi də istisna deyil. Bu da təbii ki, bütövlükdə Xəzəryanı ölkələr üçün yeni imkanların yaranması deməkdir”.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30

