Daha 63 sakin...
30.11.2023 [11:13]
Laçına qayıdış davam edir
Y.SAHİB
44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə Azərbaycanın qarşısında post-müharibə dövründə yeni çağırışlar, yeni vəzifələr formalaşdırıb. Ən mühüm prioritetimiz isə işğaldan azad edilmiş ərazilərin bərpasının həyata keçirilməsi, həmin regionlarda yaşayışın mümkünlüyü üçün zəruri addımların atılması və “Böyük Qayıdış”ın təmin edilməsi ilə bağlıdır.
Azərbaycan işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”ı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir. Əzəli torpaqlarımızda həyatın yenidən canlanması, oraya qayıdacaq vətəndaşların rifahının yüksədilməsi və işlə təmin olunması istiqamətində mühüm tədbirlər görülür. Həmin bölgələrə köçəcək insanlarımızın yüksək səviyyəli, rahat və təminatlı həyat şəraiti üçün bütün infrastrukturlar yaradılır. Azad edilmiş torpaqlara qayıdış yalnız öz evlərinə qayıtmaq imkanı əldə etmiş soydaşlarımızı deyil, bütün Azərbaycan xalqını sevindirir.
Laçına köçənlər 1389 nəfər oldu...
Yeri gəlmişkən, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Dünən növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 17 ailə - 63 nəfər köçürülüb.
Bununla da Laçın şəhərində 363 ailə, yəni 1389 nəfərin daimi məskunlaşması təmin edilib.
Hər zaman Laçın həsrəti ilə böyümüşük...
Laçın sakini Nərmin Yusifli bildirib ki, bu günümüzü 31 il sonra bizi öz ata-baba yurdumuza qaytaranlara borcluyuq. Onun sözlərinə görə, torpaqlarımızın azad olunmasını Prezident İlham Əliyevə, müzəffər ordumuza, qəhrəman əsgər və zabitlərimizə borcluyuq: “Bu gün mən doğma yurdum Laçına qayıdıram və öz peşəkar jurnalist fəaliyyətimi Laçında davam etdirəcəm. Bütün torpaq həsrətini çəkənlərə öz yurdlarına qayıtmalarını arzulayıram. Laçını hər zaman mənasını bilmədiyim yüksəklikdə uçan quşa bənzətmişəm. Sən demə, Laçın özü də quşdur.
Ata-baba yurdumda yaşamasam da, orada böyüməsəm də, hər zaman Laçın həsrəti ilə böyümüşük. Buna görə, bu gün sanki 31 il öncə tərk etdiyim doğma Laçına dönürəm”.
Sənətimi Laçında davam etdirəcəyəm...
Laçın sakini Amin Yusiflinin sözlərinə görə, məktəbli yaşından muğam sənətinin vurğunudur və doğma diyarda, Laçın dağlarında muğam oxumaq böyük duyğudur: “Laçın haqda baba, nənə və atamdan eşitmişəm. İndi isə görmədiyim Laçına qayıdıb, orada yaşayıb-yaratmaq istəyirəm. Muğam sənətimi Laçında davam etdirəcəyəm”.
Uşaqlıq və gəncliyimi keçirdiyim Laçına qayıdıram
Keçmiş məcburi köçkün, Laçın sakini Aygün Süleymanova bildirib ki, Laçını 19 yaşında çox kədərli şəkildə valideynləri ilə birlikdə tərk edib: “Uşaqlıq və gəncliyimi keçirdiyim Laçına qayıdıram. Uzun illər Laçının torpağı, dağları, təbiətinin həsrətini çəkmişəm. İndi isə valideynlərim olmadan 31 ildən sonra doğma yurduma dönürəm. Allah Prezidentimizi var etsin ki, bizim uzun illərdən sonra Laçına qayıtmağımıza şərait yaradıb. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.
Hər kəsə firavan yaşamağı arzulayıram
Laçın sakini Muradov Bəxşayişin sözlərinə görə, Laçını 7 yaşında tərk edib: “Uşaqlıq xatirələrimi hər gün özüm üçün canlandırırdım: “Bütün laçınlılara Laçında xoşbəxt, firavan yaşamağı arzulayıram. Allah Prezidentimizi, qəhrəman ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.
Yaxınlarımızın qəbirlərini ziyarət etmək böyük arzumdur
Laçın sakini Alyarova Hürnisənin sözlərinə görə, yaxınlarının qəbrini ziyarət etmək onun üçün olduqca mühümdür: “Həyat yoldaşımın, valideynlərimin, yaxınlarımın qəbirlərini ziyarət etmək böyük arzumdur. Allah Prezidentimizi qorusun, qazilərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Şəhid analarının qarşısında baş əyirik ki, belə övladlar dünyaya gətiriblər. Onların canı-qanı bahasına biz indi doğma yurdumuza qayıdırıq”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06

