“Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda seminar keçirilib
04.12.2023 [17:20]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində cari ildə ölkəmizin 10 rayonunun Heydər Əliyev mərkəzlərində icra hakimiyyətləri ilə birlikdə Ulu Öndərin Azərbaycan multikulturalizminin inkişafında xidmətlərinə həsr olunan seminarlar keçirir. “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusuna həsr edilən seminarların keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin çoxspektrli fəaliyyəti, hakimiyyətə ikinci dəfə gəlişindən sonra azərbaycançılıq məfkurəsinin yenidən təşəkkül tapmasında rolu, xüsusən də ölkəmizdə əsrlərdən bəri əmin-amanlıq şəraitində birgə yaşayan müxtəlif etnik qruplar və konfessiyalar üçün yaradılan şərait, bu gün də milli və dini icmalara göstərilən dövlət qayğısı barədə geniş maarifləndirmə işləri aparmaqdır.
Layihə çərçivəsində növbəti seminar Naxçıvan şəhərində təşkil olunub. Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, Heydər Əliyev Muzeyi ilə tanışlıq olub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən yolunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırladığı “Heydər Əliyev və multikulturalizm” sənədli filmi nümayiş olunub.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev muxtar respublikada dini-mənəvi dəyərlər istiqamətində görülən işlər haqqında danışıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Məlumat verilib ki, bu gün muxtar respublikada 214 məscid və 17 dini icma fəaliyyət göstərir. Burada sağlam dini ideologiyanın formalaşması, dini təhlükəsizliyin təmin olunması, dini məsələlərin və ayinlərin düzgün təbliği, İslam dininin olduğu kimi çatdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi dini maarifləndirmə tədbirlərini diqqətdə saxlayır, müzakirələr aparır, kütləvi informasiya vasitələrinin imkanlarından səmərəli istifadə edir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov tədbirdə çıxış edərək bildirib ki, müstəqillik illərində Ulu Öndərin rəhbərliyi ilə fərqli mədəniyyətlərə malik insanlar azərbaycançılıq ideologiyası ətrafında birləşmiş, sülh şəraitində birgəyaşayış modeli formalaşmışdır. Bu gün multikulturalizmin Azərbaycan modeli dünyaya nümunə kimi təqdim edilir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Tahir Kazımlı mərkəzin fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan Mərkəz ötən müddət ərzində ölkəmizdə uzun illərdən bəri sülh və əmin-amanlıq şəraitində yaşayan azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində müxtəlif səmərəli layihələr həyata keçirir.
Tədbir çərçivəsində dini-mənəvi dəyərlərə həsr olunmuş sərgi təşkil edilib. Eyni zamanda, Naxçıvan Dövlət Universitetində tələbələrlə də görüş keçirilib, Heydər məscid kompleksi ziyarət edilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

