Türk Marşının yaradıcısı
05.12.2023 [11:06]
Tarix: 1782-ci il 16 iyul axşamı. Məkan: Vyana Saray Operası (indiki:Vyana Dövlət Operası). İlk dəfə nümayiş olunan “Saraydan qaçırılma” tamaşası böyük səs-küyə səbəb oldu. Tamaşaçılar dinlədikləri melodiyalara sanki valeh olmuşdular. Notlar arasındakı o coşğulu keçidlər bir növ, damarlarına nüfuz etmişdi. Bu hiss vyanalılara olduqca tanış idi. Amma necə...? Əlbəttə ki, söhbət Mehtər Marşının melodiyalarından gedir. Tarixə nəzər salsaq görərik ki, Osmanlı imperiyası 1529-1683- cü illərdə Vyananı iki dəfə mühasirəyə almışdı. Gözlədikləri nəticəni əldə edə bilməsələr də, adını Avropaya yaymağı bacarmışdı. Osmanlıların Vyananı mühasirəyə aldığı müddətdə çaldığı Mehtər Marşı yerlilər tərəfindən böyük marağa səbəb olmuşdu. Nə qədər qorxurdularsa, bir o qədər də bəstəyə heyran qalırdılar. Çünki marş zamanı istifadə olunan musiqi alətləri Qərb musiqi dünyası üçün olduqca yad idi. Avropalılar ilk dəfə idi ki, bu kimi alətlərlə tanış olurdular. Vyanalılara bu melodiyanın tanış gəlməsinə səbəb məhz bu idi.
Həmin məftunedici bəstə Volfqanq Amadey Motsartın da qulağına çatmışdı. Motsart niyə Türk Marşını yazmışdı? Əbəs yerə, bu mövzuya toxunmadıq. Axı bu gün dünyaca məşhur bəstəkarın anım günüdür. O, 26 iyul 1791-ci ildə Vyanada anadan olub. Bu dahi oğlan haqqındakı hekayətləri dinlədikcə sanki, özünü əfsanənin içərisində tapmış kimi olursan. Hələ 6 yaşında ikən bəstəkar adını alan Motsarta 14 yaşında İtaliyanın Milan şəhərindəki opera teatrı tərəfindən “Mitridat Pont padşahıdır” operasını bəstələmək sifariş edilirdi.
Buna baxmayaraq, uzun müddət borc içində yaşadı. 1787-ci ildə bəstələdiyi bəstələrlə lazımı uğuru qazana bilməyən Motsartın maddi vəziyyəti daha da pisləşdi. 1791-ci il dekabrın 5-də otuz altı yaşı tamam olmamış gözlərini dünyaya əbədi yumdu. Kimsəsiz halda tələsik şəkildə dilənçilər üçün ayrılmış məzarda dəfn edilib. Ən pisi isə odur ki, bütün araşdırmalara baxmayaraq, bu məzarın yeri hələ də öyrənilməyib. Dünyaya dahi gəldi, kimsəsiz, urvatsız getdi. Ondan geriyə isə şah əsərləri qaldı... Haqqında danışdığımız “Türk Marşı” da bu səpkidəndir. V.A.Motsart 1783-cü ildə Mehter Marşının ritmindən ilhamlanaraq "Rondo alla Turca" yəni, “Türk marşı”nı bəstələdi və əsər tamaşaçılara təqdim edildi. Bu gün kompozisiyadan Türkiyə Cümhuriyyətinin bütün özəl tədbirlərində istifadə olunur. Az öncə verdiyimiz “Motsart niyə Türk Marşını yazmışdı?” sualının isə bir cavabı vardı. Osmanlı imperiyası zəngin mədəniyyətini Avropa və dünyaya aşılamağı bacarmışdı. Dünya bu mədəniyyətə az qala səcdə edirdi. Motsart da mədəniyyətə biganə qala bilməmişdi.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

